Venesuela prezidenti Nikolas Maduro Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdıqlarını bildirib və “Biz qardaş xalqlarıq və sarsılmaz birliyimiz var” deyib.
Elchi.az xəbər verir ki, Maduro, X sosial media hesabında etdiyi paylaşımda, “Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə dostcasına telefon danışığı etdik” deyib.
Görüş zamanı “Rusiya-Venesuela ikitərəfli əlaqələri çərçivəsində geniş əməkdaşlıq və müxtəlif mövzuları” müzakirə etdiklərini qeyd edən Maduro, “Biz qardaş xalqlarıq və sarsılmaz birliyə sahibik” deyib.
Maduro öz paylaşımında daha əvvəl Rusiya prezidenti Putinlə çəkdirdiyi şəkli də yerləşdirib.
Venesuela Xarici İşlər Nazirliyinin internet saytında verilən açıqlamada iki ölkənin strateji əlaqələrinin əhəmiyyəti vurğulanaraq, “İki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi müzakirə edildi. Görüş mükəmməl keçdi” ifadəsini işlədib.
Şayəstə Hüseynova