Venesuela Prezidenti Nikolas Maduro bu gün Nyu-Yorkda hakim qarşısına çıxacaq.
Elchi.az xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin bu gün Türkiyə vaxtı ilə saat 20:00-da hakim qarşısına çıxacağı bildirilib.
Bildirilib ki, Maduro, həyat yoldaşı Siliya Flores, oğlu Nikolas Maduro Gerra, eləcə də Daxili İşlər Naziri Diosdado Kabello, keçmiş Daxili İşlər Naziri Ramon Rodriges Çaçin və Tren de Aragua dəstəsinin lideri Hektor Rasthenford Gerrero Floresə qarşı ittihamları ehtiva edən ittiham aktının məxfiliyi ABŞ Ədliyyə Nazirliyi tərəfindən əvvəlki gün qaldırılıb.
Bildirilib ki, ilk dəfə 2020-ci ildə ABŞ Prezidenti Donald Trampın birinci müddəti ərzində elan edilən ittiham aktının yenilənmiş versiyasında Maduroya qarşı dörd ayrı ittiham var.
Şayəstə





















