“Yaxşı olardı ki, Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Co Bayden bir-biri ilə şəxsən danışsınlar”. Bu açıqlama ilə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto çıxış edib. Elchi.az RİA Novosti-yə istinadən xəbər verir.
“Rusiya və Amerika prezidentlərinin dünənki çıxışlarını izləyib dinləyərək, düşünürəm ki, onlar dünən bir-biri ilə danışsaydılar, bəşəriyyətə böyük xidmət etmiş olardılar”, – diplomat bildirib.
Xarici işlər naziri həmçinin xəbərdarlıq edib ki, atəşkəs dərhal təmin edilməsə və sülh danışıqları başlamasa, böyük fəlakət baş verə bilər.
Fevralın 21-də Bayden Varşavada çıxış edib. Amerika prezidenti bildirib ki, NATO Rusiya ilə hərbi münaqişədə Ukraynanı dəstəkləməkdən yorulmayacaq və alyansın özü də parçalanmayacaq. “Şübhə olmamalıdır ki, bizim Ukraynaya dəstəyimiz səngiməyəcək, NATO parçalanmayacaq və biz yorulmayacağıq”.
Havar Şəfiyeva