Macarıstanda hökumət qadınları doğuma təşviq etmək üçün 30 yaşdan kiçik anaların gəlir vergisindən azad ediləcəyini açıqlayıb.
Elchi.az “Trthaber.com.tr”-yə istinadən xəbər verir ki, Mədəniyyət və İnnovasiyalar Nazirliyinin Ailə üzrə Dövlət Katibi Aqnes Hornunq Feysbuk hesabında verdiyi açıqlamada, hökumətin uşaq sahibi olmağı təşviq etmək və onlara dəstək olmaq üçün 30 yaşa qədər anaları gəlir vergisindən azad ediləcəyini söyləyib.
Yanvarın 1-dən etibarən qüvvəyə minəcək yeni tənzimləmədən on minlərlə gənc ananın faydalana biləcəyini ifadə edən Hornunq bu qaydanın övladlığa götürənlərə də aid olduğunu qeyd edib.
Macarıstanda əhalinin sayı həm doğum sayının, həm də immiqrasiyadan az olması səbəbindən azalır. Ölkə əhalisi 2020-ci ildə 48 min, 2021-ci ildə isə 62 min nəfər azalıb.
Yeganə