Qərbin hərbi qüvvələrinin Ukraynadakı münaqişə zonasına göndərilməsi dünya müharibəsinə gətirib çıxaracaq.
Elchi.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Əmmanda İordaniyanın xarici işlər naziri Ayman əs-Səfadi ilə M1 telekanalında yayımlanan danışıqlardan sonra mətbuat konfransı zamanı deyib.
“Bəzi avropalı siyasətçilər öz əsgərlərini Ukraynaya göndərmək arzusundan danışır, digərləri isə nüvə silahından istifadənin mümkünlüyü haqqında xəyal qururlar. Bu hərəkətlərdən hər hansı biri dünya müharibəsinə səbəb ola bilər. Bunu hərbi əməliyyatlara yaxın olanlar ödəyəcək”, – diplomat bildirib.
O, Macarıstan vətəndaşlarının Ukraynada davam edən münaqişə ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərindən gələn “daimi və təhlükəli bəyanatlardan” yorulduğunu qeyd edib . Diplomat vurğulayıb ki, Budapeşt “Qərbin bütün Avropanı və hətta bütün dünyanı münaqişəyə cəlb etmək cəhdlərindən yorulub”.
Bundan əvvəl Szijarto Rusiyanı diz çökdürmək üçün Qərb ölkələrinin uğursuz strategiyasını açıqlamışdı . O, həmçinin hazırda Avropa İttifaqı tərəfindən müzakirə olunan yeni 14-cü sanksiyalar paketini tənqid edib.
Nuranə Məmmədova