Fransa Fələstinin suveren dövlət kimi tanınmasını qəbul edir , lakin bu təşəbbüsdə digər ölkələrə qoşulmağa hələ hazır deyil.
Elchi.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.
“Parisin mövqeyi aydındır: Fələstinin tanınması Fransa üçün tabu deyil. Lakin biz inanmırıq ki, indi bu qərarın qəbulu üçün şərait var”, – diplomat bildirib.
Sejurne izah etdi ki, Fransanın Fələstini tanıması sadəcə “simvolik məsələ və ya siyasi mövqe” deyil, Fələstin-İsrail münasibətlərinə təsir edə biləcək diplomatik bir vasitədir.
Nuranə Məmmədova