Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının 13-cü paketini assosiasiya ölkələrinin səfirlərinin görüşündə bloklayıb. Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” yüksək rütbəli avropalı məmurlara istinadən yazır.
Fevralın 14-də Aİ səfirlərinin görüşündə bunun əleyhinə səs verən yeganə ölkənin Macarıstan olduğu bildirilib. Aİ-nın 13-cü sanksiyalar paketi Rusiya, Çin və Rusiyanın hərbi sənayesi ilə əməkdaşlıq etdiyi iddia edilən digər ölkələrdən olan 200-ə yaxın insanı və təşkilatı hədəfləyir.
“Macarlar Çin şirkətlərinə görə razılaşmadılar” – deyə bir məmur jurnalistlərə bildirib. O əlavə edib ki, Budapeştin Aİ-dəki səfiri təkliflərin məzmununu təhlil etmək üçün əlavə vaxt istəyib. Qeyd olunur ki, sanksiyalar tərəfdarları fevralın 24-dək razılığa gəlməyə ümid edirlər.
Havar Şəfiyeva