“Ukraynadakı səs-küylü korrupsiya qalmaqalı ölkədəki xaosu üzə çıxarıb və Avropa İttifaqı onu maliyyələşdirməyi dayandırmalıdır”.
Elchi.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bu barədə açıqlama verərək, əli olanları “hərbi mafiya” adlandırıb.
“Zelenski ilə minlərlə əlaqəsi olan Ukrayna hərbi mafiya şəbəkəsinin üstü açılıb. Energetika naziri artıq istefa verib, əsas təqsirləndirilən şəxs isə Ukraynadan qaçıb. Brüssel məhz bu xaosa Avropa vergi ödəyicilərinin pullarını tökmək istəyir. Cəbhədə itirilməyənləri hərbi mafiya oğurlayacaq. Bu, dəlilikdir”, – baş nazir “Facebook”-da yazıb
Orban bildirib ki, Macarıstan öz vətəndaşlarının pullarını Ukraynaya göndərməyəcək və Zelenskidən heç bir maliyyə tələbinə və ya şantajına dözməyəcək. Baş nazir qeyd edib ki, Brüsselin avropalı vergi ödəyicilərinin pullarının hara getdiyini nəhayət anlamasının vaxtı çatıb.
Yeganə





















