"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Mətbuatımızın dünəni, bü günü və sabahı…

15 İyun 2017 - 11:18
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

(Olum, ya ölüm?)

Bu gün respublikamızda Kütləvi İnformasiya Vasitələri üçün yaradılan imkanlar sayəsində mətbuatımız inkişaf etməkdədir. Lakin paralel olaraq tanınmış KİV-lərin nüfuzundan istifadə edən “Kölgə mətbuatı”nın da fəaliyyət dairəsi genişlənməkdədir.

Əgər bu günaparıcı mətbuat orqanlarını daha çox nüfuz qazanmaq, söz sahibi olmaq, ictimai rəyə daha çox təsir imkanları əldə etmək maraqlandırırsa, “kölgə mətbuatı”nasoxulan dələduzları, fırıldaqçıları, dilənçilərimətbuata verilən bütün səlahiyyətlərdən istifadə edərək,istənilən yolla daha çox pul qazanmaq maraqlandırır.

“Kölgə mətbuatı” dedikdə,aparıcı mətbuat orqanlarının, tanınmış jurnalistlərin nüfuzundan istifadə edərək, onların kölgəsində gizlənən və aşağıdakıistiqamətlərdə fəaliyyət göstərən mətbuat orqanları nəzərdə tutulur:

  1. Reketlikdə məşğul olan “mətbuat orqanları”.
  2. Dilənçiliklə məşğul olan “mətbuat orqanları”.
  3. Səyyarpozğunluqla məşğul olan “mətbuat orqanları”.

 

Bu “mətbuat orqanları”nda datanınmış mətbuat orqanlarında olduğu kimi baş redaktorlar,onların müavinləri, redaktorlar, şöbə müdirləri, müxbirlər, xüsusi müxbirlər, hətta parlament müxbirləri də “fəaliyyət göstərir”.Həmin mətbuat orqanlarına müəyyən şərtlər daxilində işə qəbul olunan şəxslər, qısa müddətdə möhürlü, bər-bəzəkli vəsiqə ilə təmin olunurlar ki, bu da onların 4-cü hakimiyyət olan mətbuata verilmiş bütün hüquqlardan öz məqsədləri üçün istifadə etmələrinə, şəhər və rayonların idarə və müəssisələrini “jurnalist” adı altında sərbəst şəkildə gəzmələrinə imkan verir.

“Kölgə mətbuatı”nda təsisçini rəhbəri olduğu qəzet və ya saytın nüfuzu, onun ictimai rəyə təsir etmə imkanları yox, hər ayın konkret günündə kimliyindən, səviyyəsindən, təhsilindən, asılı olmayaraq, özünün təyin etdiyi “baş redaktordan” alacağı məbləğ(arenda) maraqlandırır. Bu cəhətləri nəzərə alınaraq, təyin olunmuş “baş redaktorlar”ı isə, işə qəbul adı ilə vəsiqə verdikləri sonsuz sayda “jurnalistlər”in yaradıcılıq qabiliyyəti yox, onların hansı yolla olursa-olsun pul qazanmaq bacarıqlarımaraqlandırır.Ona görə də, bu şərtlər daxilində həmin “baş redaktor”lar vasitəsi ilə mətbuata çox asanlıqla soxulan reket, dələduz, cibgir, “dilənçi” və “qədim peşə sahibləri”ni jurnalistikanın ləkələnməsi, mətbuata həyatının mənası kimi baxan,qələm sahibləri olan bacı və qardaşlarımızın nüfuzdan düşməsi yox, öz şəxsi gəlirləri və baş redaktorlarına ödəyəcəkləri məbləğ maraqlandırır.

Bir sözlə, aparıcı mətbuat orqanları qələmi ilə, “Kölgə mətbuatı”  isə aparıcı mətbuat orqanlarının nüfuzu və öz jurnalist vəsiqələri hesabına fəaliyyət göstərirlər.Bu cür mətbuat orqanlarında işləyənləri nə dünyada baş verən ictimai-siyasi proseslər, nə də onlara müraciət edərək kömək gözləyən vətəndaşların problemləri maraqlandırmır. Belələrini yalnız daha çox qazanc əldə etmək maraqlandırır.

Ən acınacaqlısı budur ki, vəsiqələrin hazırlanması üçün bu gün cəmi 2 manat xərc çəkməklə belə redaksiyalar vasitəsilə jurnalist olmaq olar. Yəni, təhsilindən, səviyyəsindən asılı olmayaraq istənilən şəxs 2 manat xərc çəkməklə həmin şərəfsiz baş redaktorlar vasitəsi ilə çox asanlıqla jurnalist ola bilər.

Sual meydana çıxa bilər ki, nə üçün onlar bu qədər çoxdurlar?

Ona görə ki,normal mətbuat orqanlarında əmək haqqı verilir, ona görə də redaksiyayakonkret sayda əməkdaş işə götürür. Lakin “Kölgə mətbuatı”nda belə məhdudiyyətlər yoxdur, çünki burada maaş verilmir, əksinə işə qəbul olunan hər kəsə “aylıq haqq” qoyulur.

Bu gün tanınmış jurnalistlər tərəfindən yeni yaradılmış qəzet və saytlara nisbətdə “Kölgə mətbuatı” həndəsi silsilə ilə artmaqda davam edir. Beləliklə də, gün ərzində jurnalist adı ilə idarə və təşkilatlara, sahibkarlara zəng edən, paytaxtda və rayonlarda idarə və təşkilatları qapı-qapı gəzərək həm məmurların, həm də aparıcı mətbuat orqanlarının normal fəaliyyətinə mane olan şəxslərin sayı günbəgün artmaqdadır. Bunların arasında həftənin 5 günü respublikanın digər rayonlarında jurnalist olan, şənbə və bazar günləri öz rayonunda qəssablıq, bərbərlik, çilingərlik edənlər, gündüzlər jurnalist olub, axşamlar barlarda, saunalarda yüngül həyat tərzi keçirən, mətbuatda çalışan namuslu ana, bacılarımızın jurnalis kimi sərbəst fəaliyyət göstərmələrinə imkan verməyən “qədim peşə sahibləri”, ailəsindən bixəbər olan, adını belə yazmağı bacarmayan, lakin qarşısındakını borclu çıxarmağa çalışan şərəfsizlər var.

 

Bunun nəticəsidir ki, paytaxt və rayonlarımızda,mətbuata heç bir aidiyyatı olmayan, cibində jurnalist vəsiqəsi gəzdirərəkkimisə hədələdiyinə, şantaj etdiyinə görə həbs olunan şəxslərin sayı hər gün artmaqdadır.Belələrinin hərəkət və davranışları, mətbuatı hər gün nüfuzdan salmaqdadır.Bu gün rayonlarda “komandirovkada” olan jurnalistlərin tərkibi araşdırılsa, onların arasında çox az saydatanınmış,nüfuzlu mətbuat orqanının nümayəndəsininadına rast gəlmək olar.

 

Qeyd  etdiyimiz kimi “kölgə” mətbuatı özü şərti olaraq bir neçə qrupa bölünür:

  1. Reketlikdə məşğul olan mətbuat orqanları.

Bunlar özü  iki qrupa bölünür:a) Jurnalistika ilə məşğul olub, həm də reketlik edənlər.b) Reketlik etmək üçünjurnalistikadan bir vasitə kimi istifadə edənlər.

1990-cı illərin sonlarından başlayaraq asan yolla pul qazanmaq imkanını duyan bəzi mətbuat işçıləri sərbəst şəkildə qəzet təsis edərək müstəqil fəaliyyət göstərməyə üstünlük verdilər. Onlar yeni açdıqları qəzetlərə jurnalistlərlə yanaşı, fakt əsasında qarşı tərəfdən pul qoparmağı bacaran şəxsləri-reketləricəlb etməyə başladılar. Bu cür qəzetlərdə jurnalistlər böyük əksəriyyət, reketlər isə azlıq təşkil edirdi.Ona görə də, belə qəzetlər aparıcı mətbuat orqanlarından çox az fərqlənirdi. Sadəcə olaraq fakt qarşılığında “hörmət” edən və “hörmət” götürən tərəf bu işin açılmasında maraqlı olmadığından belə qəzetlərin fəaliyyəti kölgədə qalırdı.

Bir müddət sonra, bu qəzetlərdə reket rolunu yerinə yetirən və jurnalistikaya ümumiyyətlə dəxli olmayan şəxslər yaranmış boşluqdan istifadə edərək özləri qəzet təsis etməyə başladılar. Lakin onlar sələflərindən fərqli olaraq  redaksiyaya sayca daha çox “pul qazanmağı” bacaran reketləri və bir-iki nəfər isə, müəyyən məbləğ əmək haqqı müqabilində qəzet materiallarının hazırlanması və çapı ilə məşğul olmağa razılaşan jurnalistləri işə götürməyə başladılar. Beləliklə də, mətbuatda reketlərin, dələduzların, cibgirlərin, pozğunların və s. kənar şəxslərin kütləvi şəkildə soxulması üçün münbit şərait yarandı.Vaxtilə bu cür şəxsləri işə götürənlərözləri bu gün jurnalistəm deməyə xəcalət çəkirlər. Çünki onların bir alət kimi işə götürdükləri həmin şəxslər artıq özləri bu gün “baş redaktor”durlar və onların ətrafında onlardan da səviyyəsiz şəxslər toplaşıb.

 

Əgər əvvəlkilərjurnalistika ilə məşğul olub, həm də ara-sıra reketlik edirdilərsə, artıq yeniləri reketlikdə məşğul olmaq üçün məhzjurnaslistikadan bir vasitə kimi istifadə etməyə başladılar. Belə qəzetlərin rəhbərləri və əməkdaşları ayrı-ayrı tanınmış, nüfuzlu, imkanlı şəxslər, idarə və müəssisə rəhbərləri barəsində dəqiq vəya qeydi-dəqiq nüfuzdan salan məlumatlar əldə edərək həmin şəxsləri şantaj edir,barələrində yazı yazacaqları ilə hədələyərək pul qoparmağa çalışır və çox vaxt buna da nail olurdular. Bu gün də belə redaksiyalaragöndərilən şikayət ərizələrində şikayət olunan tərəfdən pul qoparmağa imkan verən fakt olmazsa, belə ərizələr birinci oxunuşdan sonra şikayətçinin redaksiyaya olan ümidi nəzərə alınmadan birbaşa zibil qablarına atılır. Əksinə, əgər redaksiyaya daxil olan ərizədə kifayət qədər fakt olarsa, onda “reket” jurnalistikasının pul “qoparmaq” üçün mövcüd olan bütün metodları işə salınır.Aparıcı mətbuat orqanlarında “anons”lar, “qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq” və ya “ardı var” sözləri, qəzetin növbəti sayı üçün oxucu toplamaq məqsədi ilə verilirsə, “reket  jurnalistikası”ında bu üsul şantaj məqsədi ilə həyata keçirilir. “Anons”lar verildikdən sonra, bu barədəməlumat birbaşa və ya dolayısı ilə barəsində “anons” verilən şəxsə  çatdırılır və növbəti sayda həmin şəxs barədə geniş məqalə dərc olunacağı ilə şantaj edilərək ondan pul tələb olunur.

 

Reketliklə məşğul olan “qəzetçilər” pul qazanmaq naminə başqa üsullardan da istifadə edirlər. Belə ki, onlar xarici görünüşügözəgəlimli olan 18-30 yaşlı  “qədim peşə sahibləri” olan “xanımlar”la işbirliyi quraraq, onları jurnalist vəsiqəsi ilə təmin edir, təlimatlandıraraq “müsahibə almaq” adı ilə müəyyən imkanlı, nüfuzlu şəxslərin yanına göndərirlər. Bu “jurnalist xanimlar” çox asanlıqla lazimi şəxslərin qəbuluna düşür və aldıqları təlimata uyğun olaraq bütün danışdıqları, “prosesləri” gizli şəkildə yazır və yaçəkirlər. Bundan sonra həmin çəkilişlərin sürəti çıxarılaraq bir nüsxəsi şantaj məqsədi ilə “müsahibə verənə” göndərilir və proses “anons”larda qeyd etdiyimiz qaydada davam etdirilir.

“Reket jurnaslitikası” ilə məşğul olan mətbuat orqanlarının rəhbərləri bir-biri ilə mütəşəkkil, sıx əlaqəli şəkildə işləyərək “tora saldıqları” şəxslər və həmin şəxslərdən pul qoparmaq üsulları barədə olan bütün məlumatları bir-birilərinə ötürür, hansısa anda çətinə düşdükdə isə, mətbuatın, “söz azadlığının“ sıxışdırılması adı altında bir-birilərini müdafiəyə qalxırlar. Bəzən nüfuzlu KİV-nin ilk növbədə özlərini nüfuzdan salan, tanımadıqları belə “jurnalistləri”müdafiə etməsi təəccüb doğurur.

Reket jurnalistikasının yuxarıda qeyd olunan və olunmayan üsul və vasitələrindən hal-hazırda da geniş istifadə olunur.

2.Dilənçiliklə məşğul olan mətbuat orqanları.

Mətbuatda dilənçiliklə məşğul olan qəzetlərin fəaliyyəti 1998-ci ilin ortalarından başlasa da, onun aşkar şəkildə üzə çıxması 1999-cu ilin əvvəlinə təsadüf edir. Mətbuatın nüfuzdan düşərək ona “dilənçi” damğasının vurulmasında bu qəzetlərin “baş redaktor”larının və qeyri-məhdud sayda “jurnalist”lərinin rolu olduqca böyükdür. Bu yolu seçən qəzet rəhbərləri respublikanın şəhər və rayonlarının idarə və müəssələrini, kəndləri gəzərək sözün əsl mənasında dilənə bilən dilənçiləri, firıldaqçıları işə götürməyə başladılar.

Bu “əməkdaşlar” jurnalist adı ilə idarə, müəssisə rəhbərləri və daha yuxarı vəzifəli şəxslərin qəbuluna girir, sonra isə öz “peşələrinə” uyğun olaraq, məzlum görkəm alaraq evlərində xəstələrinin olduğunu, güya çörək və dərman almağa pul tapmadıqlarını, rayonlarda “komandirovka”da olanlar isə, ac olduqlarını, geri qayıtmaq üçün yol pulu və ya yanacaqları olmadığını bildirir, getdikləri idarə və təşkilatlardan 3-5 manat, ən yaxşı halda 10 manat alaraq, növbəti “obyekt”ə üz tuturlar. Paytaxtda fəaliyyət göstərənlər günün sonunda, rayonlarda olan “əməkdaşlar” isə “komandirovka” bitdikdən sonra, redaksiyaya qayıdır və toplanan məbləğ dilənçi “baş redaktorlarla” “dilənçi jurnalistlər” arasında bölünür.

Bu proses respublikamızın şəhər və rayonlarında indi daha sürətlə davam etməkdədir.1-2 il əvvəl müxbir adı ilə qapı-qapı gəzən dilənçilərin demək olar ki,  əksəriyyəti baş redaktor vəsiqəsi gəzdirirlər. Sadəcə fərq ondan ibarətdir ki, əvvəllər redaksiya paytaxtda yerləşirdisə, indi redaksiyalar yoxdur, qəzet nəşr olunmur, sadəcə 2-3 nəfər vəsiqəli və “vəzifəli jurnalistlər” maşına oturur, digər yaxın rayonlara gəlir, idarə vətəşkilatların qapılarında jurnalist adı ilə utanmadan dilənirlər. Əgər vaxtında qarşısı alınmazsa, onların bu gün işə götürdükləri və mətbuatdan heç bir anlayışı olmayan, səviyyəsiz əməkdaşlarıdahər birimizin yaxın gələcəkdə rastlaşacağı “baş redaktorlar”dan olacaqlar.

 

 

3.“Səyyar pozğunluqla” məşğul olan mətbuat orqanları

2000-ci ilin əvvəllərindən  başlayaraq, reketliklə məşğul olan qəzetlərin bir çoxuvə onların bəzi “əməkdaşları”daha çox qazanmaq məqsədi ilə mətbuata ağır zərbə vuran tamamilə başqa yol seçdilər. Belə ki, həmin şəxslər ayrı-ayrı adlarla qəzetlər təsis edərək, mətbuatla heç bir əlaqəsi olmayan, bar və restoranlarda gününü keçirən “qədim peşə sahiblərinin”kütləvi şəkildə mətbuata soxulmalarına imkan yaradan, jurnalistikanı sürətlə nüfuzdan salan “səyyar pozğunluq”la məşğul olan mətbuat orqanlarının yaranmasının bünövrəsini qoydular.Bu qəzetlərin üzdəniraq baş redaktorlarını işə götürdükləri “xanım”ların jurnalist qabiliyyəti yox, yalnız gözəgəlimli “qədim peşə sahibi” olması, tez ünsiyyət qurmaq bacarığı və ayın sonunda ona ödəyəcəyi məbləğ maraqlandırırdı.

Ayıblı olsa da deməliyəm ki, dünənə qədər pozğun həyat tərzi keçirən,bəzi şərəfsizlərin hesabına4-cü hakimiyyətin səlahiyyətli nümayəndəsi kimi bütün hüquqlara sahib olan “qədim peşə sahibləri”, əvvəllər öz peşələri ilə məşğul olarkən bir sıra problemlərlə üzləşdikləri halda, jurnalist vəsiqəsi ilə təmin olunduqdan sonra, həm əvvəlki “iş yerlərində”, həm də respublikamızın şəhər və rayonlarında “jurnalist” adı altında sərbəst “fəaliyyət” göstərir, ünvanına getdikləri və ya göndərildikləri şəxslərlə çox asanlıqla əlaqə yaradıraraq onlarla “jurnalist” kimi tanış olur, sonra isə “qədim peşə sahibi” kimi öz “xidmətlərini” təklif edir və hər ayın konkret günündə qəzetin baş redaktoruna müəyyən məbləğdə pul ödəyirdilər.

Ailəsinə bu yolla “çörək aparan” baş redaktorları nə jurnalistkanın, nə rəhbərlik etdiyi qəzetin nüfuzu, nə də işə götürdükləri “xanım”lara görə mənəvi əzab çəkən, informasiya almaq məqsədi ilə getdikləri bəzi yerlərdə namussuz təkliflərlə qarşılaşan qız və qadın jurnalistlərimizin üzləşdikləri çətinliklər maraqlandırmırdı. (Bu gün də maraqlandırmır). Onları ayda, 2 ayda bir dəfə 500-1000 tirajla qəzet nəşr edərək baş redaktor kimi mətbuatda qalmaq, mətbuata verilən səlahiyyətlərdən istifadə edərək pul qazanmaq maraqlandırırdı.Bu gün artiq xərc çəkərək qəzet nəşr etdirməyə dəehtiyac yoxdur.Ucuz qiymətə başa gələn və az xərc tələb edən saytlar onların maskalanması üçün ən gözəl vasitəyə çevrilib.

Bu proses indi də davam edir. Və dəhşət burasındadır ki, vaxtı ilə pul qazanmaq üçün bir vasitə kimi işə götürülən “xanımlar”ın çoxu artıqbaş redaktorlardır.Onların özlərindən də səviyyəsiz olan, adını belə yazmağı bacarmayan əməkdaşları isə bir neçə ay sonra rastlaşacağımız baş redaktorlar olacaqlar.

Mətbuatın nüfuzunun qorunması, onun bu cür damğalardan təmizlənməsi günümüzün tələbidir. Buna nail olmaq üçün bütün aparıcı mətbuat orqanlarının sağlam qüvvələri, bütün jurnalist təşkilatları, tanınmış qələm sahibləri birləşməli, reketlərin, pozğunların,fırıldaqçıların və dilənçilərin bu sahəyə soxulmalarına şərait yaradan “kölgə” mətbuatına və onların rəhbərlərinə qarşı açıq mübarizə aparmalı, onların vəsiqəsini daşıdıqları mətbuat orqanı ilə yanaşı, həm də həmin şəxslərin özlərini mətbuatda açıq şəkildə ifşa etməlidirlər.

     Bu qüvvələrə qarşımübarizədə ilk növbədə qələminə hörmət edən, jurnalistika sahəsində can qoyan qardaş və bacılarımız daha fəal və barışmaz olmalıdırlar. Çünki, bu dələduzlar aldıqları 3-5 manata jurnalist adını, jurnalist mənliyini, jurnalist ləyaqətini satırlar. Mətbuatın nüfuzdan düşməsinin nəticəsidir ki, bu sahədə çalışan və ona həyatının ayrılmaz bir hissəsi kimi baxan bacı və qardaşlarımızın əksəriyyəti çıxış yolu kimi ayrı-ayrı idarə və təşkilatların mətbuat xidmətlərində və ya dıgər sahələrdə fəaliyyət göstərirlər. Halbuki onların sağlam fikirlərinə, düşüncələrinəbu gün hər birimizin ehtiyacı var.

Bu gün zəmanə ilə ayaqlaşan hər kəs sağlam mətbuatla əlaqəyə üstünlük verir, gördüyü, görəcəyi işlərin cəmiyyətə çatdırılmasında maraqlıdır. Əgər bu sahədə sağlamlaşma olarsa, inanıram ki, jurnalistika yenə də ən hörmətli peşə, jurnalist isə ən hörmətli şəxs kimi tanınacaq və qəbul olunacaq.

Mətbuatın nüfuzunu özünə qaytarmaq mümkündür. Və hələ ki, gec deyil…

P.S  Paytaxtda və rayonlarımızda nazlana-nazlana idarələri, təşkilatları, otelləri gəzən“oğlan“ jurnalistlərin sayı dabu güngetdikcə artmaqdadır. Bu isə yaxın gələcəkdə, hazırda mətbuatda çalışan qardaşlarımızınhər hansı bir yerdə özlərini jurnalist kimi təqdim etmələri üçün çox böyük problemlər yaradacaqdır.

 

P.P.S.Növbəti yazılarda həmin «jurnalist» və «Baş redaktorların» özləri, davranışları, «çalışdıqları» mətbuat və ya saytları barədə ətraflı materiallar təqdim ediləcək..

 

Yaşar Əbdürrəhimov

Previous Post

Mətbuatımızın dünəni, bü günü və sabahı…

Next Post

Putin və Əliyev görüşür – Mərhələli həll planı

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Putin və Əliyev görüşür – Mərhələli həll planı

Putin və Əliyev görüşür – Mərhələli həll planı

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.