“Sözün düzü tam olaraq bilmirəm orda nə baş verib ki, məşqçi uşaqla elə davranıb. Heç kəsi qınamaq isdəmirəm, amma nə olur olsun təcrübəli məşqçi balaca yaş qrupu ilə belə davranmamalıdır”.
Elchi.az xəbər verir ki, bunu Faktmedia.az-a açıqlamasında Yunan Roma Güləşçisi Taleh Məmmədov deyib.
Mən öz təcrübəmdən deyərəm ki, balaca yaş qrupu ilə məşğul olarkən onlara zədə alası, zədə verəsi fəndlər oyrədilmir. Onlara həvəs vermək üçün oyun məşqləri və fiziki hazırlıqlar keçirilir ki, gəlcəkdə böyuyəndə fəndləri icra edə bilsin”.
Onun sözlərinə görə uşaqlarla oyamaq, həvəslərinə həvəs qatsınlar deye yüngül məşqlər vermək lazımdır.
Havar Şəfiyeva