Microsoft korporasiyası Lens tətbiqinin fəaliyyətini və ona göstərilən dəstəyi dayandırıb.
Elchi.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Qeyd olunur ki, martın 9-dan sonra tətbiq tamamilə işləməyəcək.
“Bu tarixdən sonra siz yeni skanlar yarada bilməyəcəksiniz, lakin tətbiq cihazınızda qaldığı halda əvvəlki skanlara baxa biləcəksiniz”, – deyə Microsoft-un açıqlamasında bildirilir.
Microsoft Lens smartfonlar üçün nəzərdə tutulmuş tətbiqdir. O, fotolardan PDF sənədləri yaratmağa və telefon kamerası və ya digər qurğular vasitəsilə mətnləri skan etməyə imkan verir.
Məryəm





















