Elchi.az Anadolu Agentliyinə istinadən xəbər verir ki,Təxminən 120 min müsəlman səhər saatlarında İslamın üçüncü müqəddəs yeri olan Məscidül-Əqsada Ramazan bayramı namazını qılmaq üçün növbəyə düzülüb.
İşğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsada səhər saatlarından etibarən fələstinlilər və hər yaşdan müsəlmanlar namaz qılmaq üçün yola düşüblər.
Məscidül-Əqsanın yerləşdiyi İçərişəhər bölgəsində bayram namazı səbəbilə piyada və avtomobillərin hərəkətində sıxlıq müşahidə olunub. Aksa qapılarında baş verən izdiham zamanı camaat təkbir və salavat deyib dua edib.
Qüds İslam Vəqfləri İdarəsindən verilən yazılı açıqlamaya görə, təxminən 120 min insan bayram namazını Məscidül-Əqsada qılıb.
Namazdan sonra təkbirlərlə bayram hissəsi başlandı. Bayram paltarlarını geyinərək yığıncağa qatılan uşaqlar diqqət çəkib.
Bayram namazını Məscidül-Əqsada qılan bir qrup türk də camaata lokum və qoz-fındıq paylayıb.
Camaata türk lokumu ikram edən Mustafa Güleren Anadolu Agentliyinə (AA) bildirib ki, daha əvvəl Qüdsü ziyarət edərkən fələstinlilər tərəfindən çox yaxşı qarşılandıqları üçün belə bir jest etməyi düşünüblər.
Ramazanın son günlərini Qüdsdə və Məscidül-Əqsada keçirməyin “sözlə ifadə olunması mümkün deyil” deyən Güleren Qüdsdə qardaşlıq mühitinin hökm sürdüyünü və bunun Ramazan ayında daha da artdığını bildirib. İsrail polisinin 4-5 aprel tarixlərində Məscidül-Əqsada ibadət edənlərə şiddətli zorakılıq göstərdiyi basqınlar Ramazan ayında Şərqi Qüdsün Köhnə Şəhərində gərginliyin artmasına səbəb olub.
İsrailin Ramazan ayının son on günündə fanatik yəhudilərin Məscidül-Əqsaya basqın etməsinə icazə verməməsindən sonra gərginlik azalıb.
Nuranə Məmmədova