"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Məscidlərə din xadimləri belə təyin ediləcək – QAYDALAR

07 May 2022 - 13:36
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər

Qubada bu ərazilərin adı dəyişdirilir

Azərbaycanda internet bahalaşır – Yeni tariflər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyası “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nı təsdiqləyib.

Elchi.az -ın xəbərinə görə, bu Qayda Azərbaycan Respublikasında islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi ilə bağlı məsələləri tənzimləyir.

İslam dininə aid ayin və mərasimləri həyata keçirən din xadimi islam dininə aid fəaliyyətlə peşəkar şəkildə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir. İslam dininə aid ayin və mərasimləri həyata keçirən din xadimlərinin imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələri var. İmam islam dininə aid ibadət yerlərinin və ziyarətgahların idarə edilməsi, dindarların dini tələbatının ödənilməsi, dini ayin və mərasimlərə rəhbərlik edilməsi, moizələrin (xütbələrin) oxunması məqsədi ilə təyin olunmuş din xadimidir. İmam müavini islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda imamın fəaliyyəti zamanı ona kömək göstərmək, imam müxtəlif səbəblərdən öz fəaliyyətini icra edə bilmədiyi hallarda onu əvəz etməsi məqsədi ilə təyin olunmuş din xadimidir. Dini ayinlərin icraçısı-müəzzin imamın tapşırığına əsasən islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda azan oxuyan, imam və imam müavini müəyyən səbəblərdən vəzifəsini icra edə bilmədikdə onu əvəz edən din xadimidir. Dini ayinlərin icraçısı-müəzzin imamın tapşırığına əsasən dəfn və yas mərasimlərində dini ayinlərin icrasını həyata keçirir. Qadın dini ayinlərin icraçısı – imamın tapşırığına əsasən islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda dini ayinlərin icrasını həyata keçirən şəxsdir. Qadın dini ayinlərin icraçısı imamın tapşırığına əsasən yas mərasimlərində dini ayinlərin icrasını həyata keçirir.

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi məqsədi ilə müsahibəni Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təşkil edir. Komitə sədri vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vakant vəzifənin tutulması üçün müsahibə keçirilməsi barədə qərar qəbul edir. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Komitənin internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Komitənin internet saytında yerləşdirilir. Müsahibə proqramı Komitə sədrinin əmri ilə təsdiq edilir və Komitənin internet saytında yerləşdirilir. Müsahibə proqramı aşağıdakı sahələr üzrə formalaşır:

  • Azərbaycan Respublikası Konstitusiyası və dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktları;
  • Qurani-Kərim;
  • Hədis;
  • Fiqh;
  • Əqaid;
  • Təfsir;
  • Dini xitabət;
  • Dil bilikləri;
  • İslam tarixi;
  • Azərbaycan tarixi;
  • Digər dinlər barədə məlumat;
  • Ümumi dünyagörüşü.

Müsahibədə iştirak üçün namizəd tərəfindən aşağıdakı sənədlər elektron qaydada və ya kağız daşıyıcıda Komitəyə təqdim edilir:

  • Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
  • Tərcümeyi-hal;
  • Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
  • Sağlamlıq haqqında arayış;
  • Narkoloji dispanserdən arayış;
  • Ruhi-əsəb dispanserindən arayış;
  • Məhkumluq barədə arayış;
  • Foto (3×4) (4 ədəd);
  • Ərizə.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər. Müsahibə komissiyasını yeddi nəfərdən ibarət tərkibdə, Komitənin strukturuna daxil olmayan tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri daxil edilməklə, Komitə yaradır. Aşağıdakı şəxslər müsahibə komissiyasının üzvü ola bilməzlər:

  • namizədlə yaxın qohumluq əlaqəsi olan şəxslər (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları);
  • bilavasitə və ya dolayı yolla müsahibənin nəticəsində maraqlı olan, obyektivliyi və qərəzsizliyi şübhə doğuran şəxslər;
  • ali təhsili olmayan şəxslər.

Müsahibənin keçirildiyi vaxt və yer barədə namizədlərə müsahibənin keçirilməsinə ən azı beş gün qalmış Komitənin internet saytı vasitəsilə məlumat verilir. Müsahibə elanda göstərilmiş vaxtda, Komitənin müəyyən etdiyi yerdə keçirilir.. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və şəxsi işləri müsahibə başlanmazdan əvvəl müsahibə komissiyasına təqdim edilir. Müsahibə namizədin vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün müsahibə komissiyasının ona suallar və namizədin həmin sualları cavablandırması, habelə namizədin dinlənilməsi, müsahibə komissiyası üzvlərinin müşahidə aparması və qısa izahlar verməsi yolu ilə həyata keçirilir. Namizədə verilən suallar aydın olmadıqda, namizədin həmin sualları aydınlaşdırmaq hüququ var. Namizədin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramı əsasında həyata keçirilir. Bilik səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə namizədə müsahibə proqramından kənar sualların verilməsi yolverilməzdir. Namizədlə müsahibə fərdi qaydada, Azərbaycan Respublikasının dövlət dilində aparılır. Müsahibədə üzrlü səbəblər olmadan iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) onunla yeni müsahibənin keçirilməsinə yol verilmir. Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin keçirilməsinə Komitənin qərarı əsasında yol verilir. Müsahibə başa çatdıqdan sonra müsahibə ilə bağlı müsahibə komissiyasının üzvləri arasında namizədin iştirakı olmadan fikir mübadiləsi aparılır. Namizədin verdiyi cavab müsahibə komissiyasının hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və sonra müsahibə komissiyasının üzvlərinin verdiyi qiymətlər toplanılaraq, müsahibədə iştirak edən müsahibə komissiyasının üzvlərinin sayına bölünür. Müsahibənin nəticəsinə görə ən çox 35 bal toplamaq mümkündür və ən azı 26 bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.

Müsahibənin yekunları müsahibə komissiyasının iclasının protokolunda əks etdirilir. Müsahibə zamanı verilən sualların və cavabların qısa məzmunu, müsahibə komissiyasının üzvlərinin qiymətləri və müsahibə komissiyasının qərarı protokolda qeyd edilməklə rəsmiləşdirilir. Protokol müsahibə komissiyasının iclasında iştirak edən bütün müsahibə komissiyasının üzvləri tərəfindən imzalanır. Müsahibə komissiyası namizədin iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edir. Müsahibənin nəticələri, müsahibənin keçirildiyi gündən 5 iş günü ərzində Komitənin internet saytında yerləşdirilir. Müsahibədən uğurla keçmiş namizəd müsahibə bitdikdən sonra 30 iş günü ərzində Komitə sədrinin əmri ilə islam dininə aid ibadət yerinə və ya ziyarətgaha din xadimi təyin olunur və bu barədə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilir. Vakant vəzifəyə təyin edilmək üçün Komitə sədrinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində Komitədə ehtiyat kadr kimi saxlanılırlar. Komitə namizədlərin müsahibə sənədlərinin (o cümlədən müsahibə qeydlərinin) 5 il müddətində mühafizəsini təmin edir. Namizədlərin müsahibə sənədləri Komitədə saxlanılır. Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilərlər.

Previous Post

Məscidlərə din xadimləri belə təyin ediləcək – QAYDALAR

Next Post

Vasif Talıbov Zəngəzur dəhlizindən DANIŞDI

Bənzər yazılar

Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər

Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər

16 Sentyabr 2026 - 15:08

“Tədrisi digər dillərdə aparılan siniflərdə Azərbaycan dilinin həftəlik dərs saatı artırılıb. Bu da həmin siniflərdə Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəldəcək”....

Qubada bu ərazilərin adı dəyişdirilir

Qubada bu ərazilərin adı dəyişdirilir

16 Sentyabr 2026 - 14:42

Quba rayonunda iki bələdiyyənin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi təklif olunur. Elchi.az xəbər verir ki, bununla bağlı...

Azərbaycanda internet bahalaşır – Yeni tariflər

Azərbaycanda internet bahalaşır – Yeni tariflər

16 Sentyabr 2026 - 14:07

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25...

Azərbaycanda abort sayı ilə bağlı dəhşətli statistika

Azərbaycanda abort sayı ilə bağlı dəhşətli statistika

16 Sentyabr 2026 - 13:43

Azərbaycanda abortların sayı kəskin artıb. Elchi.az Modern.az-a istinadla xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə...

Next Post
Vasif Talıbov Zəngəzur dəhlizindən DANIŞDI

Vasif Talıbov Zəngəzur dəhlizindən DANIŞDI

Vasif Talıbov Zəngəzur dəhlizindən DANIŞDI

Vasif Talıbov Zəngəzur dəhlizindən DANIŞDI

Son xəbərlər

“Qəbələ”yə yeni baş məşqçi gətirlidi

“Qəbələ”yə yeni baş məşqçi gətirlidi

16 Sentyabr 2026 - 15:30
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər

FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər

16 Sentyabr 2026 - 15:25
“Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı

“Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı

16 Sentyabr 2026 - 15:16
Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər

Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər

16 Sentyabr 2026 - 15:08
Müharibə uzandıqca xərclər artır: Ukraynanın 2027-ci il büdcəsi yetərlidirmi?

Müharibə uzandıqca xərclər artır: Ukraynanın 2027-ci il büdcəsi yetərlidirmi?

16 Sentyabr 2026 - 15:00
Ronaldu “Əl-Nəsr”in sahibi olacaq?

Ronaldu “Əl-Nəsr”in sahibi olacaq?

16 Sentyabr 2026 - 14:53
Qubada bu ərazilərin adı dəyişdirilir

Qubada bu ərazilərin adı dəyişdirilir

16 Sentyabr 2026 - 14:42
BMT itkin azərbaycanlılarla bağlı Ermənistandan izahat istədi

BMT itkin azərbaycanlılarla bağlı Ermənistandan izahat istədi

16 Sentyabr 2026 - 14:30
Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı

Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı

16 Sentyabr 2026 - 14:14
Azərbaycanda internet bahalaşır – Yeni tariflər

Azərbaycanda internet bahalaşır – Yeni tariflər

16 Sentyabr 2026 - 14:07
Konqres Ukrayna məsələsi ilə bağlı Ağ Evi sərt tənqid etdi

Konqres Ukrayna məsələsi ilə bağlı Ağ Evi sərt tənqid etdi

16 Sentyabr 2026 - 14:00
Azərbaycanda hərracda gəmi satıldı

Azərbaycanda hərracda gəmi satıldı

16 Sentyabr 2026 - 13:52
Azərbaycanda abort sayı ilə bağlı dəhşətli statistika

Azərbaycanda abort sayı ilə bağlı dəhşətli statistika

16 Sentyabr 2026 - 13:43
Taksi sürücüləri sabah imtahan verəcəklər

Taksi sürücüləri sabah imtahan verəcəklər

16 Sentyabr 2026 - 13:30
Gələn ilin büdcə layihələri hökumətə təqdim olundu

Gələn ilin büdcə layihələri hökumətə təqdim olundu

16 Sentyabr 2026 - 13:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.