"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Mərkəzi Bank düzgün qərar qəbul edib”

23 Fevral 2015 - 17:25
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

“Mərkəzi Bank düzgün qərar qəbul edib”

“Son üç gündə tədqiq etdiyim ən azı 5 ölkənin həyatı, ötən əsrin 90-cı illərindən bu yana yaşadıqları müxtəlif valyuta böhranlarının səbəbləri və ondan çıxış yollarının dərindən təhlili Azərbaycan Mərkəzi Bankının düzgün qərar qəbul etdiyini təsdiqləyir”.
“Qafqazinfo” ANS-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib. Deputat Mərkəzi Bankın 21 fevral qərarını dəstəklədiyini bildirib. Deputat deyir ki, ekspertlərin dəyərləndirməsindəki mühüm bir məqam – «guya yalnız neftdən asılı iqtisadiyyatlar alternativ maliyyə rıçaqları tapmadıqlarından belə dəyərdən salma əməliyyatlarına gedirlər» fikri qətiyyən doğru deyil.
Zahid Oruc qonşu Gürcüstan və Türkiyənin son 5 ayda valyutalarının müvafiq olaraq 17 və 14 faiz ucuzlaşmasını buna misal çəkib. Onun qənaətincə, dolların bütün dünya maliyyə vahidlərinə nisbətdə əhəmiyyətli dərəcədə möhkəmləndiyi bir faktdır: “Digər tərəfdən, 2015-ci ilin büdcə kəsirinin doldurulması naminə məzənnə siyasətinə əl atıldığını iddia etmək də tamam yanlışdır. Çünki dövlətin valyuta ehtiyatları sırasında manat xüsusi çəkiyə malik idi və onun dəyərdən salınmasından yaranan itkilər büdcənin cəmi 12 faizinin gəlirlərini qapatmaq üçün kurs dəyişikliyindən «əldə olunan qazanc»dan daha böyükdür”.
Zahid Oruc manatın kəskin devalvasiyasının səbəblərinə toxunaraq bildirib ki, tədrici və ya «üzən kurs» siyasəti heç bir ölkəyə xeyir gətirməyib. O, yalnız spekulyantlara və valyuta qeyri-sabitliyindən bəhrələnənlərə, valyuta müharibəsi aparanlara fayda gətirir. Deputata görə, Milli Bank indiki məqamda belə bir addım atmasaydı, qalan 12 milyard manatlıq ehtiyatını da xərcləməyə məcbur olacaqdı. Onda manatı rus rublunun taleyi gözləyirdi.
Zahid Oruc hökumətin atmalı olduğu addımları da qeyd edir: “İndi hökumət gecikmədən son valyuta tənzimlənməsindən sonra əhalinin kredit, əmanətlər və daxili bazarda qiymət dəyişikliyinin yaradacağı proseslərə yönəlik perspektiv üçün antiböhran proqramlarını işə salmalıdır. Çünki heç bir nazirlik qiymət artımının qarşısını ala bilməyəcək. Ona görə maaş və pensiyaların yeni inflyasiya indeksinə uyğunlaşdırılması üçün mənbələr tapılmalı və büdcəyə yenidən baxılmalıdır. Son addımdan sonra yaşayış minimumu və aylıq istehlak səbətinin əvvəlki vəziyyətdə qalmayacağı şübhəsizdir. Dövlət sosial ehtiyaclı insanları birmənalı müdafiə etməlidir.
Həmçinin hökumət banklarla görüşə açıq olmalı, hazırkı vəziyyəti iqtisadi və maliyyə subyektləri ilə birgə müzakirəyə qərar verməlidir.
Eyni zamanda, inflyasiyanın ikirəqəmli olmaması üçün gömrük rüsumları və bank stavkaları ilə də bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir”.
Mərkəzi Bank fevralın 21-dən manatın rəsmi məzənnəsini 1 dollar üçün 1.05 manat, avro üçün 1.19 manat müəyyənləşdirib. Fevralın 20-də 1 dollar 0.78 manat idi. Manatın dollara nisbətdə məzənnəsi sutka ərzində 33.5%, avroya nisbətdə 30% düşüb.
Previous Post

“Mərkəzi Bank düzgün qərar qəbul edib”

Next Post

“Barselona”dan qorxmuruq” – Kompani

Bənzər yazılar

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi planlarını açıqlayıb. Elchi.az -ın məlumatına görə, o, bu...

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Next Post

"Barselona"dan qorxmuruq" – Kompani

Arif Yunusun həbs müddəti daha 5 ay artırılıb

Son xəbərlər

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

17 Oktyabr 2026 - 19:21
Moskvada 103 aviareys təxirə salınıb

Moskvada 103 aviareys təxirə salınıb

17 Oktyabr 2026 - 19:00
“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

17 Oktyabr 2026 - 18:43
Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

17 Oktyabr 2026 - 18:02
Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

17 Oktyabr 2026 - 17:00
İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

17 Oktyabr 2026 - 16:35
Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

17 Oktyabr 2026 - 15:57
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr 2026 - 15:40
Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası xəstəxanadan evə buraxılacaq

17 Oktyabr 2026 - 14:32
Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

17 Oktyabr 2026 - 12:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.