“İrəli” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə Göygöl
şəhərində reallaşdırdığı “Mənim gənclər təşkilatım” layihəsi çərçivəsində ilkin təlimlər keçirilib.
İctimai Birlikdən AzərTAc-a bildiriblər ki, layihə çərçivəsində 7 katiblik üzrə düşərgə formatında keçirilən təlimlərdə Namiq Məmmədov insan resursları, Vüqar Babayev ictimaiyyətlə əlaqələr, Orxan Məmmədli maliyyənin idarə olunması, Sərdar Hüseynov layihələrin idarə olunması və menecment, Orxan Abbasov isə beynəlxalq əlaqələr üzrə gənclərə məlumat veriblər.
Layihənin əsas məqsədi gənclər təşkilatlarının fəaliyyət göstərmədiyi 7 şəhər və rayonun – Şəmkir, Göygöl, Balakən, Yevlax, Tərtər, Qəbələ və Sabirabadın gənclərini təşkilatın quruluşu, strukturu, işləmə mexanizmi, idarə olunması sahəsində maarifləndirmək, onların cəmiyyətdə fəallığını artırmaqdır.
Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib
Oktyabrın 30-da Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib. Bu barədə Elchi.az-a Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, iclasda “Cəzadan şərti...

















Son şərhlər