“Şimal xəbərləri” qəzetinin baş redaktoru Müqəddəs Mehdiyev Ermənistanın “prezidenti” Serj Sarkisyana müraciət göndərib.
Müraciəti sizə Azərbaycan və rus dillərində təqdim edirik:
Erməni xalqının prezidenti adlandırılan cənab Serj Sarkisyana
Cənab Serj Sarkisyan, yəqin ki, sizə belə müraciət etməyim xoşunuza gəlməyəcək. Amma nə edim ki, ermənilərin dövləti olmayıb, indiki Ermənistansa Azərbaycandan tikə-tikə qoparılmış qondarma və oyuncaq bir “dövlətdir”. Ona görə də müraciətimi düzgün başa düşün. Ola bilsin ki, bu məktubu şəxsən oxumayasınız. Ancaq göndərirəm, sizə və KİV-lərinizə. Bəlkə də əlləri xalqımın qanına bulaşmış birisinə nəsə yazmağın mənası yoxdur. Lakin son vaxtlar Dağlıq Qarabağda keçirilən “referendum” və gedən döyüşlər məni məcbur etdi ki, bu müraciəti edim. Mən sizi prezident də adlandıra bilmirəm. Biz görmüşük ki, özünü dövlət başçısı sayan şəxsin cinayətkar keçmişi olmaz, müdrik olar, xalqına əmin-amanlıq, sülh bəxş edər, qürurunu saxlayaraq onun-bunun qabağında quyruq bulayıb yaltaqlıq etməz. Daim fəxr edirsiniz ki, Dağlıq Qarabağın işğal olunması üçün böyük işlər görmüsünüz-yəni çoxlu insan qanı tökmüsünüz, sizə aid olmayanı havadarlarınıza arxalanaraq əldə etmisiniz. Və bunu da qələbə sayırsınız. Yenə də əl çəkmirsiniz. Elə bilirsiniz ki, 1918-ci ildə daşnak ata və babalarınızın yolunu davam etdirib Azərbaycanı ələ keçirə biləcəksiniz. Ya da vaxtilə Türkiyədə törətdiyiniz vəhşilikləri və xain planlarınızı həyata keçirəcəksiniz. Gör nə qədər düşüncəsiz və kütsünüz. Dünya daha həmin dünya deyil. Azərbaycan da dəyişib, nəinki yeni torpaqların itirilməsinə, heç qondarma Dağlıq Qarabağ respublikası adlandırdığınız ərazinin də sizlərdə qalmasına imkan verməyəcək. Dünyanın bütün dövlətləri qarşısında ağlayırsınız, sızlayırsınız, yalançı göz yaşları tökürsünüz. Təki yalanlarınız ayaq tutub yerisin. Bunun üçün rusun “sapoq”unu, amerikalıların dalını belə öpməyə hazırsınız. Fransanın dövlət başçısı sizi bacı adlandıranda fəxr edirdiniz. Amma bilməmiş deyilsiniz ki, yalnız qadından bacı çıxır. Görünür, fransızlar ayağısürüşkən bacılarını yaxşı tanısalar da, etika xatirinə əsl adınızı deməyiblər. Vallah, başa düşə bilmirəm, nə qədər dilənmək olar? Biz bilirik ki, dilənçilik yalnız qaraçıların qədim peşəsidir. Sən demə, sizin kimi beynəlxalq səviyyəli dilənçilər də mövcudmuş.
Aleksandr Sergeyeviç Puşkin deyib: “Sən qorxaqsan, sən köləsən, sən ermənisən”. Aleksandr gecikib, bunu azərbaycanlılar çoxdan bilirdilər. Puşkinsə sonradan başa düşsə də, ermənilər haqqında fikirlərini çox sərrast ifadə edib. Görün nə qədər vaxt keçib, əhilləşməmisiniz. 25 il öncə Ermənistan Sovetlər Birliyindən qalmış rus tanklarının arxasında gizlənərək namərdcəsinə Xocalıda qətliam törətdi. Bu gün Ermənistan Rusiyanın bir quberniyasıdır-yəni kölədir.
Dünyanın hər yerində Allah evləri sayılan kilsə və məscidlərdən fərqli olaraq Eçmiədzində qatillər və cinayətkarlar üçün dua edirlər. Bu da sizin Allah eviniz. Hələ “böyük ziyalı və yazıçı” saydığınız Zori Balayanı demirəm. Mən inanmıram ki, Azərbaycanımın hansısa şair və yazıçısı qan tökməklə fəxr etsin. Bir xalqın ki, “yazarı” 13 yaşlı uşağın diri-diri dərisini soyar və bunu xalqı qarşısında borcunu yerinə yetirmək kimi qiymətləndirər, daha bu xalqdan və onun başçısından nə gözləmək olar? Hansı üzlə insanlıqdan, mədəniyyətdən, hüquqdan və bəşəri dəyərlərdən danışa bilərsiniz?
Bu gün Dağlıq Qarabağda yaşayanlar bir dəstə quldurun girovuna çevrilib. O quldurların ki, işğal etdiyiniz ərazilərdə becərdiyiniz narkotiklərdən gözləri qızarıb heç nə görmür, beyinləri dumanlıdır. Yad bir ölkənin torpağında sülənməklə özlərini qəhrəman sayırlar. Bəli, siz əsl oğrusunuz. İndi Ermənistan adlandırılan torpaq da, çaldığınız musiqi də, oynadığınız rəqslər də, yediyiniz yeməklər də, daşıdığınız adlar da belə oğurluqdur. O qədər başınız gicəllənib ki, utanmayıb hələ bir ikinci dövlət də yaratmaq istəyirsiniz. Yenə də oğurluqla və nökərçiliklə. Çünki xislətiniz budur.
Mən uzun-uzadı gedən sülh danışıqlarından və yalançı bəyanatlarınızdan bəhs etmək istəmirəm. Bunlara inanmıram, sadəcə vaxt udmaq istəyirsiniz. Amma bir şeyə əmin olun ki, nə qədər çalışsanız da indiyədək Azərbaycan xalqının başına gətirdiklərinizi təkrarlaya bilməyəcəksiniz. Çünki qarşınızda mükəmməl silahlanmış, öz Vətəni üçün qanından və canından keçməyə hazır olan müstəqil Azərbaycan Ordusu durur. Bu yaxınlarda onların nəyə qadir olduğunu gördünüz. İnanın, vaxt gələcək ki, üçrəngli bayrağımız Xankəndinin düz ortasında dalğalanacaq. Sizsə bayrağınızın üstünə Puşkinin sözlərini həkk edib saxlayın. Hər dəfə oxuyub özünüzü yaxşı tanıyın. Çünki hələ eyforiyadasınız. Elə bilirsiniz ki, belə də qalacaq. Yox, tarix sizi və sizin kimiləri gec-tez mühakimə edəcək. Bu qaçılmazdır. Nə qədər gec deyil, fikirləşin. İki yol var, ya müharibə, ya da sülh. İkisindən biri mütləq seçiləcək. Müharibə günahsız insanların axan qanı deməkdir, faciələr gətirir. Azərbaycan müharibə edərsə haqlıdır, çünki öz halal ərazilərinə sahib çıxmaq istəyir. Biz Dağlıq Qarabağda yaşayanların hamısının qanının tökülməsini istəmirik. Lakin güllələr bəzən hədəfə dəymir, qocalar, qadınlar, uşaqlar və günahsızlar da məhv olurlar. Sülh yaratmaq imkanları isə hələ tükənməyib. Biz heç kəsin torpağına göz dikmirik, artıq ərazi istəmirik. Dağlıq Qarabağ məhz sizlər tərəfdən bütövlükdə Azərbaycana qaytarılmalıdır. Yalnız bu, sülhün başlanğıcı ola bilər.
Mən sizə Qafqaz kişisi deyə bilmərəm. Sizdə qətiyyət, mərdlik, uzaqgörənlik yoxdur. Xalqınızı uçuruma aparırsınız. Qafqazlılar mərd olar, arxadan zərbə vurmazlar. Sizsə buna adətkarsınız, çünki bu diyara yadsınız.
Mən Ermənistanı uydurulmuş tanrıya bənzədirəm. Gec-tez həqiqət üzə çıxacaq və dünyada bu tanrının yalançı olduğunu görəcəklər. Eçmiədzindəki Allaha zidd əməllər faş olunacaq. Qorxun, heç olmasa Allahdan qorxun. Mənasız referendumlar, himayədarınızın diktəsi ilə apardığınız döyüşlər heç nə verməyəcək. Çünki Dağlıq Qarabağa doğru əlində üçrəngli Azərbaycan bayrağı olan bir əsgər irəliləyir. Ola bilsin ki, bu gün onu görmürsünüz. Ola bilsin ki, bu gün Allah gözlərini kor, qulaqlarınızı kar edib. Əsgərsə irləliləyir, əcdadlarının uyuduğu torpağı yad əllərdən və xainlərdən xilas etmək üçün. Onun gücünə inanın, “İsgəndərlərin” arxasında gizlənib dünyaya baxmayın. O əsgər gələcək, mütləq gələcək. Bax, onda uydurulmuş tanrı yox olacaq. Allahın nəzəri isə haqq işi uğrunda irəliləyən Azərbaycan əsgərinin üzərindədir.
Müqəddəs Mehdiyev
Azərbaycan Respublikası, Xaçmaz şəhəri
“Şimal xəbərləri” qəzetinin baş redaktoru
Qeyd: Müraciət rus dilində Serj Sarkisyana və Ermənistanın informasiya agentliklərinə göndərilib.