Rusiya prezidenti Vladimir Putin Novosibirskdə işgüzar səfəri zamanı heç vaxt heç nədən qorxmadığını bildirib.
Elchi.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti yazıb.
O, bu sözləri süni intellektin (AI) yaratdığı potensial təhlükələri müzakirə edərkən deyib.
Akademqorodokda Novosibirsk Universitetinin tədris və tədqiqat mərkəzində Rusiya prezidenti ilə görüşdə Putin süni intellektin hansı təhlükə yarada biləcəyini soruşub.
“Vladimir Vladimiroviç, sizə səmimi deyirəm: qorxmağa heç bir şeyiniz yoxdur”,-deyə bir tələbə prezidentə cavab verdi.
“Mən heç vaxt heç nədən qorxmamışam”, – deyi Putin təbəssümlə cavab verib.
Yeganə




















