“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun ev dustaqlığına buraxılması və şüşə qəfəsdən çıxarılması ilə bağlı vəsatətlər təmin edilməyib.
Elchi.az xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə davam etdirilən hazırlıq iclasında qərar qəbul edilib.
Vəkil Elçin Sadıqov həmçinin iş üzrə bəzi sübutların iş materiallarından çıxarılması və üzərinə həbs qoyulmuş əmlaklarla bağlı vəsatət qaldırıb. Təqsirləndirilən şəxsin adına yazılmış əmlakların onun qohumlarına aid olduğu bildirilib. Ancaq hər iki vəsatət də baxılmamış saxlanılıb.
Məhkəmənin baxış iclası sentyabrın 9-a təyin olunub.
Narkotikin təsiri altında olan sürücü həbs edilib
Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...





















Son şərhlər