"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Məhkəmə Eldar Mahmudovun işi ilə bağlı qərardad çıxardıb

03 May 2018 - 14:32
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Beyləqanda qədim tikili qalıqları aşkarlanıb

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Yağıntılı və küləkli hava müşahidə olunur, bəzi yerlərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Yasamal Rayon Məhkəməsində “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı iddiası əsasında məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh tərəf E.Mahmudov və Maliyyə Nazirliyinin nümayəndəsinin məhkəməyə gəlmədiyi elan olunub.

Əlavə edilib ki, məhkəmədə E.Mahmudovu onun vəkil Cavid Rzazadə təmsil edir.

Daha sonra iddiaçı M.Mustafayev çıxış edərək söyləyib ki, E.Mahmudovun məhkəməyə gəlməsi vacibdir: “Ona suallarıım var. Həmin suallara vəkil cavab verə bilməz. Ona görə də Eldar Mahmudovun prosesdə iştirakını etməsini xahiş edirəm”.

C.Rzazadə qeyd edib ki, artıq Mülki Prosessual Məcəllənin 144-cü maddəsi ləğv edildiyi üçün cavabdehin məcburi gətirilməsinə ehtiyac yoxdur.

Hakim M.Mustafayevin vəsatətini təmin etməyib və E.Mahmudovun məhkəməyə gətirilməsinin zəruri olmadığını söyləyib.

Daha sonra vəkil Rzazadə vəsatət verərək proses zamanı əməliyyat məlumatlarının müzakirə ediləcəyini, zalda jurnalistlərin iştirak etdiyini vurğulayıb.

M.Mustafayev isə iclasın açıq olduğunu deyib.

Vəkil qeyd edib ki, M.Mustafayev iddia ərizəsində Maliyyə Nazirliyini cavabdeh şəxs qismində qoysa da, onlardan tələbinin nə olduğunu bildirməyib.

Daha sonra M.Mustafayev iddia ərizəsinə dəqiqləşdirmə verib. O, əsas cavabdeh kimi Maliyyə Nazirliyini göstərib, E.Mahmudov isə əlavə cavabdeh kimi işə cəlb edilməsini deyib.

M.Mustafayev tələb etdiyi pulun Maliyyə Nazirliyindən tutulmasını, nazirliyin isə pulu E.Mahmudovdan alıb ona ödəməsini istəyib. O, nazirliyin inzibati binasının Nəsimi rayonu ərazisində yerləşdiyini əsas gətirərək, işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş edib.

Məhkəmə M.Mustafayevin vəsatətini təmin edərək qərardad çıxardıb, iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış Mövlan Şıxəliyev məhkəməyə verib.

Yasamal Rayon Məhkəməsində iddia qaldıran M.Mustafayev sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini yazıb və E.Mahmudovun ona 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir.

M.Mustafayev M.Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini isə Səbail Rayon Məhkəməsinə göndərib. O, iddia ərizəsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın M.Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını bildirib. M.Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat tutularaq ona ödənilməsini istəyib.

Hazırda bu iddia ərizəsi üzrə məhkəmə hakim Nurəddin Bağırovun sədrliyi ilə araşdırılır.

Bundan başqa, M.Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. O, buna səbəb kimi isə həm E.Mahmudov, həm də M.Şıxəliyevin vaxtilə dövlət orqanlarında rəhbər şəxs olmalarını qeyd edib.

Xatırladaq ki, M.Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək “Azərsu” ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib. M.Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham edilib və 2015-ci il aprelin 24-də
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi M.Mustafayevin işinə yenidən baxaraq onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, M.Mustafayev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və Azər Mehdiyevin cinayət işində zərəçəkmiş qismində tanınır. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Previous Post

Məhkəmə Eldar Mahmudovun işi ilə bağlı qərardad çıxardıb

Next Post

Bənzər yazılar

Beyləqanda qədim tikili qalıqları aşkarlanıb

Beyləqanda qədim tikili qalıqları aşkarlanıb

25 Noyabr 2026 - 11:16

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində apardığı arxeoloji qazıntılarda çiy kərpic döşəmə və bişmiş kərpicdən hörgü...

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

25 Noyabr 2026 - 11:00

27 noyabr 2026-cı il saat 15:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə...

Yağıntılı və küləkli hava müşahidə olunur, bəzi yerlərə qar yağır – FAKTİKİ HAVA

Yağıntılı və küləkli hava müşahidə olunur, bəzi yerlərə qar yağır – FAKTİKİ HAVA

25 Noyabr 2026 - 10:25

Noyabrın 25-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı...

Kəmaləddin Heydərovun Ağdamda vətəndaş qəbulunun vaxtı dəyişib

Kəmaləddin Heydərovun Ağdamda vətəndaş qəbulunun vaxtı dəyişib

25 Noyabr 2026 - 10:23

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 27 noyabr 2026-cı il tarixində Ağdam rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun...

Next Post

Heydər Əliyev mavzoleyi tikilə bilər

Heydər Əliyev mavzoleyi tikilə bilər

Son xəbərlər

Litvanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlib

Litvanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlib

25 Noyabr 2026 - 11:21
Beyləqanda qədim tikili qalıqları aşkarlanıb

Beyləqanda qədim tikili qalıqları aşkarlanıb

25 Noyabr 2026 - 11:16
İran: Hörmüz boğazında dəniz minalarına dəyən iki neft tankeri alovlandı

İran: Hörmüz boğazında dəniz minalarına dəyən iki neft tankeri alovlandı

25 Noyabr 2026 - 11:09
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

25 Noyabr 2026 - 11:00
Tramp ABŞ-ın İrana qarşı müharibəsi ilə bağlı zaman qrafikini açıqladı

Tramp ABŞ-ın İrana qarşı müharibəsi ilə bağlı zaman qrafikini açıqladı

25 Noyabr 2026 - 10:52
UEFA Çempionlar Liqası: “Sabah” bu gün “Barselona”nı qəbul edir

UEFA Çempionlar Liqası: “Sabah” bu gün “Barselona”nı qəbul edir

25 Noyabr 2026 - 10:44
Nvidia-nın baş direktoru iddiaları təkzib etdi! “Trampdan heç bir təzyiq olmayıb”

Nvidia-nın baş direktoru iddiaları təkzib etdi! “Trampdan heç bir təzyiq olmayıb”

25 Noyabr 2026 - 10:35
Yağıntılı və küləkli hava müşahidə olunur, bəzi yerlərə qar yağır – FAKTİKİ HAVA

Yağıntılı və küləkli hava müşahidə olunur, bəzi yerlərə qar yağır – FAKTİKİ HAVA

25 Noyabr 2026 - 10:25
Kəmaləddin Heydərovun Ağdamda vətəndaş qəbulunun vaxtı dəyişib

Kəmaləddin Heydərovun Ağdamda vətəndaş qəbulunun vaxtı dəyişib

25 Noyabr 2026 - 10:23
İngiltərədə həddindən artıq istilər 5258 nəfərin həyatına son qoyub

İngiltərədə həddindən artıq istilər 5258 nəfərin həyatına son qoyub

25 Noyabr 2026 - 10:16
Polşa hava məkanının pozulması ilə bağlı Rusiyaya diplomatik nota təqdim edib

Polşa hava məkanının pozulması ilə bağlı Rusiyaya diplomatik nota təqdim edib

25 Noyabr 2026 - 10:08
Çempionlar Liqası: “Fənərbağça” “Şaxtyor”la qarşılaşır

Çempionlar Liqası: “Fənərbağça” “Şaxtyor”la qarşılaşır

25 Noyabr 2026 - 09:55
Əmtəə bazarlarında qızıl və gümüş daha da ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüş daha da ucuzlaşıb

25 Noyabr 2026 - 09:48
Dünya bazarlarında neftin ucuzlaşması davam edir

Dünya bazarlarında neftin ucuzlaşması davam edir

25 Noyabr 2026 - 09:36
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

25 Noyabr 2026 - 09:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.