Məşhur cütlük AYRILDI

120

 

Türkiyəli aktyor cütlük Özge Yağız və Gökberk Demircinin münasibəti bitib.

Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yemin” serialında başlayan münasibət qısa bir ayrılıqdan sonra yenidən davam edib.

Hər yerdə əl-ələ, göz-gözə gələn cütlükdən hamı evlilik xəbərini gözləyərkən, ayrılıq xəbəri alıblar. Münasibətlərinə ikinci şans verən iki uğurlu aktyor yenidən ayrılmaq qərarına gəlib.