Məscid belə partladıldı

🗓 15.07.2014 11:39 ✍️ "Elçi" qəzeti
siaphoto_420499İsrailin terror saçan təyyarələri dünən axşam namazından sonra  Qəzzadakı bir məscidi hədəfə alıb.  Hücum nəticəsində azı 18 nəfər həlak olub, onlarla insan yaralanıb. Məscid tamamilə istifadəyə yararsız hala düşüb
Qəzza Səhiyyə Nazirliyinin mətbuat Xidmətinin rəhbəri Əşrəf Əl-Kudra ümumiyyətlə İsrailin həyata keçirdiyi son hücumlar nəticəsində ölənlərin  sayının 163-ə, yaralıların isə 1085-ə çatdığını deyib.
Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı müavini Yusif Əbu Ris isə keçirdiyi mətbuat konfransında İsrailin beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan və raketlərdən istifadə etdiyini bildirib. Onun sözlərinə görə bu deyilənləri xəstəxanada işləyən xarici həkimlər də təsdiqləyə bilər. Əbu Ris həmçinin  İsrailin mülki şəxsləri qəsdən hədəfə aldığını deyərək, qurbanların 40 faizinin, yaralıların isə 60 faizinin qadınlar və uşaqların təşkil etdiyini vurğulayıb.
 

Bənzər yazılar