"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Mərkəzi Bank əhalini risk altına qoyur – əmanətlər təhlükədə…

21 Oktyabr 2015 - 15:04
in XƏBƏR LENTİ
FacebookVatsap

Mərkəzi Bank əhalini risk altına qoyur - əmanətlər təhlükədə...

Bunu da oxuyun

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Ekspert bildirir ki, devalvasiyadan sonra Mərkəzi Bank bankların çaldığı havaya oynayır

Mərkəzi Bankın aktivlərin təsnifləşdirilməsi ilə bağlı qaydaya dəyişiklik etməsi ekspertlər tərəfindən narahatlıqla qarşılanır. 
Ekspert Əkrəm Həsənov bildirir ki, Mərkəzi Bankın qaydalarına edilən növbəti dəyişiklik bank sisteminin çox ağır vəziyyətindən xəbər verir. Yəni bankların ehtiyatları azalır və əmanətlər təhlükədədir. Ekspertin sözlərinə görə, oktyabrın 9-da Mərkəzi Bankın “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na dəyişikliklər qüvvəyə minib. Dəyişikliklərə əsasən, bundan sonra banklar verdiyi kreditlər üzrə daha az ehtiyat yaradacaq.
“Belə ki, nəzarət altında olan kreditlər, yəni ödənişi 90 günədək gecikdirilən kreditlər üzrə bundan sonra 5 faiz əvəzinə 1-2 faiz ehtiyat yaradılacaq. Məsələn, tutaq ki, bank cəmi 300 milyon manat kredit verib. Onun 200 milyon manatının qaytarılması borclular tərəfindən 90 günədək gecikdirilir. İndiyədək bank bu halda 10 milyon. manat ehtiyat yaratmalı idi. Bundan sonra isə cəmi 2-4 milyon manat ehtiyat yaradacaq”,- deyə o, qeyd edib.
Ekspertin sözlərinə görə, digər dəyişiklik də bankların ehtiyatlarının azalmasına səbəb olacaq: “Belə ki, indiyədək restrukturizasiya olunmuş, yəni, məsələn, müddəti uzadılmış və sair kreditlər üçün daha az ehtiyat yaratmaq yalnız o halda mümkün idi ki, kreditin heç olmasa yarısı qaytarılsın və onun ödənişi üzrə daha problem olmasın. Bundan sonra isə aylıq əsasda ödənilən kredit üzrə 6 ay müddətində gecikmə müşahidə olunmadıqda, ehtiyatları azaltmaq mümkün olacaq. Lap istəyir kreditin 99 faizi hələ ödənilməmiş olsun. Məsələn, tutaq ki, bank sahibinə yaxın olan şirkətə 3 il müddətinə 100 milyon kredit verilib, yəni ayda təxmini 3 milyon ödəməlidir. Kreditin qaytarılmasında 6 aydan çox gecikmə var. Belə kredit təhlükəli kredit hesab olunur və 60 faiz, 60 milyon manat ehtiyatın yaradılmasını tələb edir. Bank kreditin müddətini 15 ilədək uzadır, yəni bundan sonra ayda 3 milyon əvəzinə 600 min ödəyəcək. Bundan sonra aylıq ödənişlərin miqdarı endiyi üçün 6 ay ərzində gecikmə olmur. Bu əsasla da bank 60 milyon əvəzinə 30 milyon ehtiyat saxlayır, yəni krediti təhlükəli kateqoriyasından qeyri-qənaətbəxş kateqoriyasına aid edir. Yenə 6 ay keçir və bank 30 milyon əvəzinə 2 milyon ehtiyat saxlayır, yəni krediti qeyri-qənaətbəxş kateqoriyasından nəzarət altında olan kateqoriyasına aid edir. Əslində isə borclu krediti qaytarmaq iqtidarında deyil, kredit çoxdan ümidsizdir. Sadəcə bank ehtiyatın azaldılması hesabına başqa yaxın şirkətə kredit verib və birinci kredit də yeni kreditin hesabına qaytarılır. Bir sözlə, bank hamını aldadır və maliyyə vəziyyətinin qənaətbəxş olduğunu göstərir. Ən vacibi isə budur ki, bu zaman o heç bir qanunu pozmur. Çünki Mərkəzi Bank son qərarı ilə özü bu fırıldaq üçün qanuni əsas yaradıb”.
Ə.Həsənov qeyd edib ki, fevral devalvasiyasından sonra Mərkəzi Bank sözügedən qaydalara artıq bir dəfə dəyişiklik edib: “Həmin dəyişiklik də banklara devalvasiyadan sonra restrukturizasiya olunmuş kreditlər üzrə daha az ehtiyat yaratmaq imkanı yaratmışdı. Görünən odur ki, həmin tədbir kifayət etməyib və bankların problemli kreditlərinin həcmi o qədər artıb ki, onlar üçün kifayət qədər ehtiyat yaratmağa qadir deyillər. Başqa sözlə, kapitalları çatışmır, pulları yoxdur. Buna görə də Mərkəzi Bank bu dəyişikliyi məhz indi edib ki, bankların 3-cü rübün nəticələri üzrə hesabatları əhalini, ilk növbədə əmanətçiləri qorxutmasın. Məsələ burasındadır ki, ehtiyatlar kapitalı azaldır. İndi isə banklar hesabatlarında ehtiyatlarını azaldaraq, kapitallarının qənaətbəxş olduğunu nümayiş edəcəklər. Bir sözlə, Mərkəzi Bank bank nəzarəti tələblərini ona görə yumşaldır ki, bankların acınacaqlı vəziyyətini pərdələsin. Nəticədə əhaliyə yanlış məlumat ötürülür ki, guya hər şey normaldır. Bank müştəriləri, ilk növbədə əmanətçilər bundan nəticə çıxarmalıdır. Ehtiyatlı olun! Onu da unutmayın ki, bu dəyişikliyi edən Mərkəzi Bank artıq xeyli müddətdir ki, “Bank of Azərbaycan” və “Bank Technique” tərəfindən əhalinin əmanətlərinin qaytarılmamasına da göz yumur, həmin banklara nə kömək edir, nə də lisenziyasını geri alır. Bir sözlə, devalvasiyadan sonra Mərkəzi Bank bankların çaldığı havanı oynayır və əhalini təhlükə altına qoyur”.

 

Previous Post

Mərkəzi Bank əhalini risk altına qoyur – əmanətlər təhlükədə…

Next Post

İlhamə Quliyeva köməkçisinin həbsindən danışdı – QALMAQAL

Bənzər yazılar

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00

İtaliya A Seriyasında mübarizə aparan "Milan" portuqaliyalı ulduz Rafael Leaonun qiyməti ilə bağlı dəyişiklik edib. Elchi.az xarici KİV-ə istinadla xəbər...

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10

Bəşəri şərin iki böyük bədii modeli - İnsan bəzən göylərdə şeytan axtarır, halbuki o, çox vaxt öz qəlbinin qapısını açanda...

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

14 Avqust 2026 - 15:52

2026-cı ilin yanvar-iyul aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 206,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü...

Hesablama Palatasına yeni səlahiyyət verilib

Hesablama Palatasına yeni səlahiyyət verilib

14 Avqust 2026 - 15:43

Hesablama Palatasına yeni səlahiyyət verilir. Elchi.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Hesablama Palatası haqqında” qanuna...

Next Post

İlhamə Quliyeva köməkçisinin həbsindən danışdı - QALMAQAL

İlhamə Quliyeva köməkçisinin həbsindən danışdı - QALMAQAL

Son xəbərlər

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

15 Avqust 2026 - 18:16
Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

15 Avqust 2026 - 17:55
Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

15 Avqust 2026 - 17:39
Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

15 Avqust 2026 - 17:22
“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

15 Avqust 2026 - 16:13
İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 - 15:51
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

15 Avqust 2026 - 15:34
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18
“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

15 Avqust 2026 - 13:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.