İri şəhərlərdəki mənzil problemini həll etmək üçün dəniz daşımalarında tətbiq olunan yük konteynerlərindən
istifadə oluna bilər.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, avstraliyalı mütəxəssis Ceymi Van Tonqerenin fikrincə, evlərin və mənzillərin çox baha olduğu iri şəhərlərdə konteynerlər vasitəsi ilə asanlıqla yaradılan ucuz mənzillər kasıb əhalinin mənzil tələbatını ödəyə bilər.
Onun sahibi olduğu “Container Group” şirkəti artıq bir müddətdir ki, yük konteynerlərindən mənzillərin düzəldilməsinə başlayıb. Qaynaq və izolyasiya işlərindən, pəncərə və qapıların quraşdırılmasından və günəş batareyaları qoyulandan sonra konteynerlər ev kimi istifadəyə tam yararlı vəziyyət alır.
Ekspert bildirib ki, Avstraliyanın iri şəhərlərində sərfəli qiymətə mənzil tapılmadığına görə, konteyner evlər variantını bu ölkədə də tətbiq etmək vaxtı çatıb.
Qeyd edək ki, Sidney dünyanın ən bahalı şəhərlərindən biridir. Burada mənzillərin bir kvadratmetrinin orta qiyməti 7 min 600 dollar təşkil edir. Nəticədə şəhərdə mənzillərin ölçülərinin getdikcə azalması müşahidə olunur.
Konteynerdə yaradılan evlər isə qiymətinə görə qat-qat ucuzdur. Belə ki, bu mənzillərin kvadratmetri təchizatından asılı olaraq 565-1400 dollar arasında dəyişir.
Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 25-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar...



















Son şərhlər