"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Banner

“Mən hər dəfə bu məsələni qaldıranda hörmətli Elman müəllim deyir ki…”

14 Oktyabr 2015 - 09:44
in Banner, MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Qərbi Nil virusu yayılır: Daha bir ölkə həyəcan siqnalı verdi

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

Fuad Muradov Nyu-Yorkda bir sıra görüşlər keçirib

“Ədliyyə nazirinin müavininə zəng edərək deyirəm ki, niyə insanları bu cür əsəb, şəkər, ürək xəstəsi etmisiniz?”
Elchi.azparlamentin dünənki iclasında BAXCP sədri, milılət vəkili Qüdrət Həsənquliyevin olduqca maraqlı çıxışının ictimai əhəmiyyətini nəzərə alaraq onu sinxron olaraq oxuculara təqdim edir:
“Mən büdcənin müzakirəsi ilə bağlı birgə komitənin iclasında bəzi təkliflərimi verdiyimdən çalışacam ki, həmin məsələlərin bəzilərinin üzərində təkrar dayanmayım, digər məqamlara diqqəti yönəldim. Amma vacib hesab elədiyim bir məqam var ki, hansı ki, komitə iclasında da söyləmişdim, məcburi köçkünlər üçün mənzil tikintisinə ayrılan vəsaitin həcminin azalması narahatedicidir. Hesab edirəm bu istiqamətdə vəsaitin azalmasına qətiyyən yol vermək olmaz. Ona görə ki, bu insanlar özlərinin mülkiyyətlərini, iş yerlərini itiriblər. Bunların böyük bir qismi hələ də uzun müddətdir acınacaqlı vəziyyətdə yaşayır və mən düşünürəm ki, dövlət büdcədən ilbəil bu istiqamətdəki xərcləri artırmalıdır, nəinki azlatmalıdır. Elə etmək lazımdır ki, nəhayət, bu insanlar normal mənzil şəraiti ilə təmin olunsunlar.
İkinci mühüm məsələ hərbi xərclərdir. Hərbi xərclər də ildən ilə artırılmalıdır. Ona görə ki, bu həm danışıqlarda Azərbaycanın mövqeyini gücləndirəcək, həm də mən əminəm ki, biz müharibə etmədən torpaqların qaytarılmasına çətin ki, nail ola bilək. Ona görə Ermənistanın indiki rəhbərliyi gündən-günə azğınlaşır, daha həyasız bəyanatlar verməyə başlayıblar. Ona görə də məncə ordu gec-tez öz sözünü deməlidir.
Büdcə ilə əlaqədar olaraq gəlirləri artırmaq üçün düşünürəm ki, ən doğru yol özəlləşdirmənin həyata keçirilməsi olardı. Mən komitənin iclasında söyləmişdim, indi ad çəkmək istəmirəm, bizdə bəzi səhmdar cəmiyyətlər var ki, onlara həm dövlət büdcəsindən dotasiya ayırırıq, onların xaricdən aldıqları kreditləri büdcə hesabına biz ödəyirik, həm də onlar müəyyən olunmuş verginin ən yaxşı halda 30-40 faizini ödəyirlər. Mən başa düşmürəm, niyə müvafiq qurumlar bu şirkətlər barədə tədbirlər görmür və ən azından həmin qurumların rəhbərliyi məsuliyyətə cəlb olunmur, yaxud maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılmır? Bu şirkətlər mütləq özəlləşdirməyə çıxarılmalıdır. Burda oturanlardan kimsə, elə hökumət üzvlərinin özləri təsəvvür edə bilərlərmi ki, onların hər biri Beynəlxalq Banka sahibkarı olsaydılar nələr yaşamalı olardılar? Yaxud Cahangir Hacıyevin özü Beynəlxalq Bankın direktoru olsaydı o doğrudan da milyardlarla vəsaiti girovsuz, avantürist layihələrə ayırardımı? Ona görə də sosializm sistemindən keçib gəlmişik və bilirik ki, dövlət mülkiyyəti həm də heç kimindir, ümumxalq mülkiyyətidir. Uzun müddət idi ki, beynəlxalq maliyyə qurumları Azərbaycandan tələb edirdi ki, Beynəlxalq Bankı özəlləşdirin. Yubatdıq-yubatdıq, axırda da dövlətin milyardlarla vəsaiti dağıdıldı.
Universitetləri də Təhsil Nazirliyi özü müəyyənləşdirməlidir ki, tədricən hissə-hissə xüsusi təyinatlı universitetlər istisna olmaqla digər universitetlər özəlləşdirilməlidir. Səhiyyə müəssisələri də  mütləq özəlləşdiriməlidir. Yubanmadan icbari tibbi sığortaya gedilməlidir. Biz bu istiqamətdə addımlar atmaqla büdcəyə əlavə vəsaitlər gətirə bilərik.
Dünən cənab prezident mən deyərdim ki,  bütün xalqın gözlədiyi bir çıxış etdi və hökumət qarşısında çox ciddi vəzifələr qoydu. Bu vəzifələrin 50 faizi icra olunsa mən əminəm ki, biz gələn il iqtisadiyyatın inkişafı baxımından tamamilə fərqli Azərbaycan görə bilərik. Sadəcə prezident öz çıxışında söylədi ki, həm inzibati, həm ictimai nəzarət olmalıdır. Amma düşünürəm ki, bu yetərli deyil. Ona görə ki, məmurlar ölkə qanunlarına əməl etsinlər deyə sahibkarlar öz hüquqlarını məhkəmələrdə qorumaq imkanlarına sahib olmalıdırlar. Əgər vəzifəli şəxs bilsə onun sahibkarın hüquqlarını pozması sabah məhkəmədə ona qarşı çevirləcəksə və sahibkar gedib məhkəmədə öz hüquqlarını müdafiə edəcəksə, o halda mən sizi əmin edirəm ki, bu günki qanunsuz müdaxilələrin böyük bir qismi baş verməyəcək. Ona görə də ölkədə məhkəmə islahatlarının aparılmasına çox böyük ehtiyac var. Məhkəmə islahatları aparılmadan biz ölkədəki bir çox problemləri həll edə, qanunun aliliyini təmin edə bilməyəcəyik. Mən sizə bir nümunə çəkəcəm ki, real acınacaqlı mənzərini təsəvvür edəsiniz. “Həsən Əliyev” küçəsində bir nəfərin 300 kvadrat metrlik bir obyekti olub. Bir tikinti şirkəti gəlib deyib ki, biz həmin obyektin yerində bina tikmək istəyirik və bina hazır olanda birinci mərtəbədən sənə 300 kvadrat metrlik yerini verəcəyik. Ortada bununla bağlı məhkəmənin müqvafiq qərarı olsa da 6-7 ildir bu adam qalıb küçələrdə, məhkəmə qərarını icra etdirə bilmir. Həmin o tikinti şirkətinin sahibi deyir ki, bilirsiniz, mən həmin 300 kvadrat metri başqasına satmışam, onu icra edə bilmirəm. Bu azmış kimi götürüb məhkəməyə iddia ərizəsi də verir ki, xahiş edirəm əvvəlki qərarınızı ləğv edin, ona görə ki, mən bu qərarı yerinə yetirmək gücündə deyiləm. Beləliklə də məhkəmə çəkişmələri illərlə davam edir. Ədliyyə nazirinin müavininə zəng edərək deyirəm ki, niyə insanları bu cür əsəb, şəkər, ürək xəstəsi etmisiniz? Mən bu misalı bir nümunə kimi çəkdim ki, hökumət üzvləri də nələrin baş verdiyini bilsinlər. Ona görə də ciddi dəyişikliklərə nail olunmasa mən əminəm ki, biz sürətli iqtisadi inkişafa nail ola bilməyəcəyik. Mən bir daha hökumət üzvlərinə üzümü tutub söyləyirəm.
Mərkəzi Bankla bağlı da fikirlərim var. Biz bilirik ki, Mərkəzi Bank ölkə iqtisadiyyatının qan-damar sistemidir. Yəni bank sistemi işləməsə iqtisadiyyatın inkişafından söhbət gedə bilməz. Xüsusən də bank sisteminin hazırkı durumu hamımıza bəllidir. Devalvasiyadan sonra doğrudan da banklar ciddi bir böhran yaşayır. Hökumətin də büdcə xərcləri azalır. Bayaq həmkarlarım da söylədi ki, vaxtilə dövlət sifarişi ilə çoxlu işlər görülürdü. Bu sektorda çoxlu insanlar işləyirdi və indi həmin insanlar o iş yerlərini itirəcəklər. Həmin o problemi həll etmək və o insanların bir hissəsini yenidən işlə təmin etmək üçün bizim xaricdə saxladığımız Neft Fondunun vəsaitlərinin bir hissəsi Azərbaycana gətirilməlidir. Böhran dövründə bir çox ölkələr, hansıların ki, bizim kimi Neft Fondu var, bunlar bu üsuldan istifadə elədilər və çox müsbət də nəticəsi oldu. Mən hər dəfə bu məsələni qaldıranda hörmətli Elman müəllim deyir ki, bizim iqtisadiyyat o qədər vəsaiti həzm edə bilməz. Mən demirəm o vəsaitlərin hamısın gətirək. İndi dollar hesabıyla büdcədə 12 milyard dollar az vəsait olacaq və bu həcmdə vəsait bazara çıxmayacaq. Ona görə də 3-4 milyard dollar gətirmək olar ki, banklar sahibkarlara ucuz kreditlər verə bilsinlər. Nəticə sahibkarlar yeni iş yerləri aça bilsinlər. Yəni biz sahibkarlara normal şərait yaratmasaq, büdcəyə vəsait cəlbindən söhbət gedə bilməz. Ona görə də düşünürəm ki, sadaladığım istiqamətdə işlər görülərsə, ölkədə özəlləşmə, bank və məhkəmə sistemində müəyyən islahatlar aparılarsa biz qarşıdakı illərdə yaxşı mənada fərqli bir Azərbaycan görə bilərik”.
Previous Post

“Mən hər dəfə bu məsələni qaldıranda hörmətli Elman müəllim deyir ki…”

Next Post

Elçin Zahiroğlu: “Şahbaz Xuduoğlu bizim yazarları bədbəxt elədi” – MÜSAHİBƏ

Bənzər yazılar

Qərbi Nil virusu yayılır: Daha bir ölkə həyəcan siqnalı verdi

Qərbi Nil virusu yayılır: Daha bir ölkə həyəcan siqnalı verdi

18 Avqust 2026 - 18:01

Qərbi Nil Virusu Şimali Makedoniyada ölümə səbəb olub. Virus səbəbindən dörd nəfər ölüb. Elchi.az xəbər verir ki, paytaxt Skopyedəki İctimai...

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

18 Avqust 2026 - 17:30

Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko Bakıya səfəri çərçivəsində ölkənin ali rəhbərliyi ilə görüşlərlə yanaşı, Azərbaycan paytaxtının bir sıra mədəni və...

Fuad Muradov Nyu-Yorkda bir sıra görüşlər keçirib

Fuad Muradov Nyu-Yorkda bir sıra görüşlər keçirib

18 Avqust 2026 - 17:28

ABŞ-də səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Amerikalılar üçün Tədqiqat İnstitutunun (RINA) təsisçisi...

Azərbaycan və Gürcüstan sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün tədbirlər planlaşdırır

Azərbaycan və Gürcüstan sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün tədbirlər planlaşdırır

18 Avqust 2026 - 17:25

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədində sıxlığın aradan qaldırılması müzakirə edilib. Bu barədə Elchi.az  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir....

Next Post

Elçin Zahiroğlu: “Şahbaz Xuduoğlu bizim yazarları bədbəxt elədi” – MÜSAHİBƏ

Elçin Zahiroğlu: “Şahbaz Xuduoğlu bizim yazarları bədbəxt elədi” – MÜSAHİBƏ

Son xəbərlər

“Ən güclü” El-Nino yaxınlaşır: Hava və iqtisadiyyata təsiri

“Ən güclü” El-Nino yaxınlaşır: Hava və iqtisadiyyata təsiri

19 Avqust 2026 - 10:26
Şəkərli içkilər ilk dəfə mədə xərçəngi ilə əlaqələndirildi

Şəkərli içkilər ilk dəfə mədə xərçəngi ilə əlaqələndirildi

19 Avqust 2026 - 10:16
Siyəzəndə narkotik yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan 9 nəfər həbs edilib

Siyəzəndə narkotik yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan 9 nəfər həbs edilib

19 Avqust 2026 - 10:09
DİM bu imtahanın nəticələrini elan etdi

Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır, 81 mindən çox şəxs ərizəsini təsdiqləyib

19 Avqust 2026 - 09:55
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

19 Avqust 2026 - 09:48
Azərbaycan neftinin qiyməti 125 dolları ötdü

Azərbaycan neftinin qiymətinin qiyməti 94 dolları ötüb

19 Avqust 2026 - 09:37
Çempionlar Liqası: “Sabah” pley-offda ilk oyununa çıxır

Çempionlar Liqası: “Sabah” pley-offda ilk oyununa çıxır

19 Avqust 2026 - 09:26
Qızılın qiyməti yenidən 5 min dollara yaxınlaşıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

19 Avqust 2026 - 09:14
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb

Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb

18 Avqust 2026 - 19:26
Yuşşenko Prezident İlham Əliyevlə səmimi və məzmunlu görüş keçirdiyini bildirib, Azərbaycan liderinə təşəkkür edib

Yuşşenko Prezident İlham Əliyevlə səmimi və məzmunlu görüş keçirdiyini bildirib, Azərbaycan liderinə təşəkkür edib

18 Avqust 2026 - 19:21
Vergi orqanlarında işləmək istəyənlərin nəzərinə: Nəticələr…

MİQ üzrə vakansiya seçiminin nəticələri məlum olub

18 Avqust 2026 - 19:13
Yunanıstanın bir çox bölgəsində meşə yanğınları baş verib

Yunanıstanın bir çox bölgəsində meşə yanğınları baş verib

18 Avqust 2026 - 19:05
Cənubi Koreyadan Trampın açıqlamasından sonra ABŞ-a “məsləhətləşmə” mesajı

Cənubi Koreyadan Trampın açıqlamasından sonra ABŞ-a “məsləhətləşmə” mesajı

18 Avqust 2026 - 18:52
Tramp: İranla danışıqlar aparılmır

Tramp: İranla danışıqlar aparılmır

18 Avqust 2026 - 18:44
Zaqatalada 5 gün əvvəl yol qəzasında ağır xəsarət alan yeniyetmə xəstəxanada ölüb

Zaqatalada 5 gün əvvəl yol qəzasında ağır xəsarət alan yeniyetmə xəstəxanada ölüb

18 Avqust 2026 - 18:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.