"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Lənkəranski” nin intiqamını alacaq “qanuni oğru” azadlığa çıxır

30 Sentyabr 2016 - 09:02
in XƏBƏR LENTİ
FacebookVatsap

“Lənkəranski” nin intiqamını alacaq “qanuni oğru” azadlığa çıxır

Bunu da oxuyun

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

Sabah 22 dərəcə isti olacaq

Oktyabrın 18-də cəza müddəti tamamlanan Merab Canqveladze qətlə yetirilən Rövşən Canıyevin ən yaxın adamlarından biri olub; Rusiya kriminalında “nömrə 1” olmağa iddialı “Suxumski” kimdir?

Yezidi kürd Zaxari Kalaşovun (“Şakro Molodoy”) həbsindən və azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qətlindən sonra Rusiya kriminalında “nömrə-1″in kimin olacağı ilə bağlı müzakirələr gedir. Reketdə və dələduzluqda suçlanan ”Şakro Molodoy”-Aslan Usoyan (“Ded Xasan”) “taxt-tacında” möhkəmlənməmiş həbs edilib və onu uzun müddətli türmə həyatı gözləyir.
 “Lənkəranski”nin ən yaxın adamı, qətlindən sonra İstanbulda həbs edilən Hacı Talıbxanlı da  (“Hacı Beyləqanski”)  indilikdə klana rəhbərlik etmək durumda deyil. İstanbul polisi onun bir neçə qətldə əli olduğundan şübhələnir.  Xəbər verdiyimiz kimi, bu səbəbdən  “Lənkəranski” klanının Türkiyəyə cavabdeh şəxsi kimi “Kurşa” ləqəbi ilə tanınan 44 yaşlı Qoça Çinçaridze  tanınıb.  “Qanuni oğru” adını 19 yaşında alan Qoça  son illər  Türkiyədə məskunlaşmışdı. Qeyd edək ki, “Lənkəranski”nin beynəlmiləl (ermənilərdən başqa) hesab edilən klanında əsas söz sahibləri gürcülər olub. Bu səbəbdən “Lənkəranski”nin xələfi kimi gürcü “qanuni oğru”ların tanına bilmək ehtimalı əvvəldən də böyük idi.
Bu ərəfədə isə “Rövşən Lənkəranski”nin ən yaxın adamlarından olan Merab Canqveladze (“Merab Suxumski”) azadlığa buraxılmalıdır.  Bir neçə il əvvəl Avropada Rusiya mafiyasına qarşı əməliyyatda həbs edilən Canqveladze “Lənkəranski” ilə ən yaxın müttəfiq və “Ded Xasan” klanının ən qatı düşmənlərindəndir.  Onun həbsi “Lənkəranski”nin faktiki təklənməsi kimi qiymətləndirilirdi.  
Oktyabrın 18-də cəza müddəti tamamlanan “Suxumski”nin qayıdışı “Lənkəranski” klanına əlavə güc qata bilər. Belə iddialar da var ki, “Suxumski”nin ilk işlərindən biri məhz “Lənkəranski”nin intiqamını almaq ola bilər. Nəzərə alsaq ki, “Lənkəranski”nin intiqamı hələ alınmayıb, bu səbəbdən də “Suxumski”nin azadlığa çıxması ilə kriminal aləmdə yeni müharibə də alovlana bilər.

Image result for Lənkəranski
Rusiya hüquq-mühafizə orqanları məhz bu kimi səbəblərdən “Suxumski”nin Rusiyaya qayıtmasını istəmirlər. Rusiya KİV-lərinin xəbərinə görə, hələ iyun ayında Moskva məhkəməsinin  hakimi Nelli Rubçovanın sədrliyi ilə keçirilən prosesdə “Suxumski”in Rusiya vətəndaşlığının ləğvinə baxılıb. 
 
Image result for “Suxumski”
Qərara görə, “Suxumski” özü haqqında doğru məlumat verməməsi səbəbində vətəndaşlığına son verilib. Gələn həftə bu məsələ ilə bağlı apelyasiya şikayətinə baxılacaq və son qərar veriləcək. Əgər qərar qüvvədə saxlanılsa, Rusiyaya qayıdan kimi deportasiya olunacaq. Məlumatda bildirilir ki, “Suxumski” Rusiya vətəndaşlığından çıxarılarsa, o, Qazaxıstan hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.
Çünki Qazaxıstanın hüquq-mühafizə orqanları onu bir sıra cinayətlərdə suçlayır. Xatırladaq ki, “Şakro” da iki il əvvəl İspaniya həbsxanasından buraxılanda Rusiyanın onu Gürcüstana təhvil verəcəyi deyilirdi.  Amma Rusiya “Şakro”nun vətəndaşlığını ləğv etmədi və bəzi razılaşmalar əsasında  bu ölkədə yaşamasına izn verdi. (O isə belə görünür ki, razılaşmaları pozduğu üçün həbs edilib və hələ uzun illər azadlıq üzü görməyəcək). Rusiya KİV-ləri yazır ki, “Suxumski” “nömrə 1″ olmağa ən real namizəddir.
Image result for DED xasan
Kriminal aləmin ən odioz fiqurlarından olan “Suxumski” haqda məlumatlar çox azdır. “Suxumski” haqqında məlumatın niyə çox az olduğunu onunla bağlı “YouTube”də olan qısa videodan anlamaq mümkündür. “Merab Suxumskidən master-klass” başlıqlı həmin süjetdə istintaqçının ona hətta ad və soyadı ilə bağlı verdiyi suallar cavabsız qalır. “Master-klass” “oğru dünyası”nda “görməmişəm, eşitməmişəm, bilmirəm” sözlərini ehtiva edir.
 
“Yeni Müsavat”ın xəbərinə görə,  Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var. 1975-ci ildə anadan olan Levan da “Suxumski” ləqəbi ilə tanınır və “Lənkəranski” ilə yaxşı münasibətləri olub.  
 
Image result for Yaponçik
Rusiya mafiyasının “xaç atası” Vyaçeslav İvankovla (“Yaponçik”) uzun illər qarşıdurmada olan Merab 2009-cu il iyulun 28-də avtoritetə olan sui-qəsddə əsas şübhəli kimi tanınıb.  “Yaponçik” tərəfdarları iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında “Lənkəranski” ilə yanaşı Merab da var. “Ded Xasan”ın qətlindən sonra da “Suxumski” və “Lənkəranski”nin adları sifarişçilər siyahısında birgə hallanıb.
 
“Yaponçik”in öldürülməsindən sonra “Suxumski”nin “Ded Xasan”la da münasibətləri daha da pisləşir. Bu dəfə əzəli rəqiblər Soçidə-2014-cü il qış olimpiadası üçün tikilən obyektlərə nəzarət uğrunda mübarizədə toqquşublar.
2010-cu ildə Usoyan Moskvada 50 nəfər “qanuni oğru” nun iştirakı ilə Merab Suxumskinin “şəxsi işinə” baxılması üçün “sxodka” çağırıb. Deyilənə görə, “Ded” sanki məhkəmədəki kimi Merabla bağlı ortaya sənədlər və şahidlər qoyub. Söhbətin hansı sübutlardan getdiyi açıqlanmasa da, nəticə “Ded Xasan”ın istədiyi kim olur. Merab “oğru” adından məhrum edilib.
Previous Post

“Lənkəranski” nin intiqamını alacaq “qanuni oğru” azadlığa çıxır

Next Post

Azərbaycanlı sahibkar güllələndi

Bənzər yazılar

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Elchi.az...

Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı...

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Next Post

Azərbaycanlı sahibkar güllələndi

Azərbaycanlı sahibkar güllələndi

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.