O əlavə edib ki, Rusiya və Belarusu süni maneələrlə ayırmaq olmaz.
Elchi.az xəbər verir ki, Qərbin Rusiya ilə Belarus arasında müxtəlif malların daşınmasını məhdudlaşdırmaq cəhdi uğursuzluğa məhkumdur, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Kalininqrad vilayətinin başçısı Anton Əlixanovla görüşündə deyib.
“2022-ci ildə Qərbin sizinlə əlaqəmizi, həm Rusiyadan, həm də Belarusdan dəmir yolu və avtomobil nəqliyyatı ilə yüklərin sərbəst daşınmasını məhdudlaşdırmaq üçün misli görünməmiş cəhdi – bu cəhd uğursuzluğa məhkum oldu”, – Lukaşenko deyib.
O, həmçinin qeyd edib ki, Rusiya ilə Belarus arasında əməkdaşlığı süni maneələrlə bölmək mümkün deyil.
Şayəstə Hüseynova