Belarus prezidenti Aleksandr Lukaşenko Belarusda qiymət artımına qadağa qoyulması barədə göstəriş verib.
Elchi.az xəbər verir ki, bu barədə “Belta” məlumat yayıb.
“Ayın 6-dan hər hansı qiymət artımı qadağandır. Bu gündən. Sabah yox, bu gündən…”.
Belarus prezidenti bu qərarı niyə verdiyini açıqlayıb.
“Çünki, baş nazirin dediyi çılğın artımdan sonra qiymətlər də bir o qədər bahalaşıb. Bu gün isə qiymətlər hədsiz dərəcədə artıb. Onlar tavanı vurublar. Qiymətləri daha da qaldırmağa ehtiyac yoxdur. Amma istisnalar var. Və bu istisnalar nazirin və qubernatorların nəzarətindədir”, – deyə o, bildirib.
Lukaşenko həmçinin obyektlərin bağlanması və ya bazarı tərk etmək cəhdlərinə qarşı xəbərdarlıq edib.
Yeganə






















Lukaşenkonun bu qərarı çox yaxşıdır, belə davam eləsə xalqın vəziyyəti düzələr. Qiymətlər lap baş alıb gedirdi, adam necə yaşayacağını bilmirdi. Allah köməyi olsun Prezidentin.
Bu məlumat həqiqətən də çox maraqlıdı. Aleksandr Lukaşenko da bunu düz edib ki, belə bir qadağa qoyub. Məncə, belə şeylərə nəzarət olmalıdır. Qiymətlər də adamın ürəyi istədiyi kimi qalxmamalıdır da.