Ankarada hərbi nümayəndə heyətini daşıyan təyyarənin qəzaya uğraması ilə əlaqədar Liviya 3 günlük milli matəm elan etdi.
Elchi.az xəbər verir ki, Tripoliyə getmək üçün Ankaranın Esenboğa Hava Limanından havaya qalxan və Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın olduğu təyyarə hələlik müəyyən edilməmiş bir səbəbdən Haymana rayonunun Kesikkavak kəndindəki dağlıq ərazidə qəzaya uğrayıb.
Təyyarənin Haymana rayonunun Kesikkavak kəndindəki dağlıq ərazidə qəzaya uğraması xəbərindən sonra əraziyə jandarma, yanğınsöndürmə briqadası və tibbi qruplar göndərilib. Palçıqlı ərazi səbəbindən qruplar piyada axtarışlar aparıb və təyyarənin qalıqlarına çatıblar. Qrupların qalıqlar üzərində işi davam edir.
Təyyarə qəzası ilə bağlı Ankara Baş Prokurorluğu tərəfindən 1 baş prokuror müavininin koordinasiyası altında 4 prokuror təyin edilib.
Şayəstə





















