EN RU

“Liverpul”un futbolçusu “İnter”ə keçə bilər

İtaliya təmsilçisi “İnter” İngiltərənin “Liverpul” klubunun futbolçusu Körtis Consu transfer edə bilər.

Bunu da oxuyun

Elchi.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, A Seriyası təmsilçisi yarımmüdafiəçini mövsümün sonuna qədər icarəyə götürmək üçün “qırmızılar”la razılığa gəlmək istəyir.

Klublar arasında artıq danışıqlar başlayıb. Müqaviləyə 25 yaşlı oyunçunun icarə müddəti bitdikdən sonra satınalma opsiyası daxil ediləcək.

Lakin bu transferin baş tutması “İnter”in yarımmüdafiəçisi Davide Frattezinin komandadan ayrılıb-ayrılmayacağından asılıdır. Fratteziyə “Nottinqem Forest” klubundan təklif gəlib.

Qeyd edək ki, cari mövsümdə Körtis Cons “Liverpul”un heyətində Premyer Liqada keçirdiyi 20 oyunun yalnız yarısında start heyətində meydana çıxıb. Bütün turnirlərdə isə 29 oyunda iştirak etməsinə baxmayaraq, hələlik qol vurmayıb.

Bənzər yazılar

Next Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com