Liverpool-dan Ceyms Milnerə maraqlı hədiyyə

92

Premyer Liqa komandalarından olan “Liverpul” 8 mövsümdür forma geyinən və böyük uğurlar qazanan klubun əfsanəvi adlarından Ceyms Milnerlə yollarını ayıracağını açıqlayıb. Elchi.az xəbər verir ki, “Qırmızılar” 37 yaşlı futbolçuya hər kəsi təəccübləndirən hədiyyə verib. Enfild Stadionunun zəmin baxım komandası 8 mövsümdür ki, qırmızıların penalti atıcısı olan Milnerə penalti nöqtəsini hədiyyə edib. 37 yaşlı futbolçu sosial media hesabında “Nə gözəl hədiyyədir” qeydi ilə penalti nöqtəsinin fotosunu paylaşaraq təşəkkürünü çatdırıb.

ResimCeyms Milner “Liverpul”da 331 oyunda 26 qol vurub və 46 məhsuldar ötürmə edib. Milner “Liverpul” forması ilə bir dəfə Çempionlar Liqası, FIFA Klublararası Dünya Kuboku, Premyer Liqa, İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku, İngiltərə Superkuboku və UEFA Super Kubokunun qalibi olub.

Nuranə Məmmədova