Litvanın Müdafiə Nazirliyi Ukraynanın minalardan təmizlənməsi üçün 15 milyon avro ayıracaq.
Litvanın rəhbərlik etdiyi Ukrayna ərazilərinin minalardan təmizlənməsi üzrə beynəlxalq koalisiya Vilnüs tərəfindən təmin olunacaq 15 milyon avro dəyərində xüsusi vəsait və avadanlıq alacaq.
Elchi.az xəbər verir ki, TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin rəhbəri Arvydas Anusauskas deyib.
“Bu strukturun yaradılmasının təşəbbüskarı olan və ona rəhbərlik edən Litva 15 milyon avro dəyərində avadanlıq alacaq”. Müdafiə naziri ümidvar olduğunu bildirib ki, digər dövlətlər də bu fəaliyyətdə, o cümlədən maliyyə cəhətdən də iştirak edəcəklər.
Onun fikrincə, koalisiya Ukraynanı silah təchizatı ilə dəstəkləməyən ölkələr üçün yardım platformasına çevrilə bilər. Anusauskas humanitar minatəmizləmədə iştirak edə biləcəklərinə aydınlıq gətirib.
Şayəstə Hüseynova