"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Lift idarəsinin rəisi qızına etdiyi 400 minlik toydan danışdı…

20 Aprel 2017 - 10:00
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Aysel Şükürova: “Əcəb etmişik, heç kimə dəxli yoxdur”; Qüdrət Şükürov: “Məndə 400 min haradan idi? Bu barədə yazılanların hamısı boş söhbətlərdir”

Son iki gündə gündəmin ən çox müzakirə olunan mövzularından biri də Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürovanın 400 min dollara başa gələn toy mərasimi ilə bağlıdır.

Hadisənin qəhrəmanı, yəni A.Şükürova özü artıq mediaya danışıb. O, missiya.az açıqlamasında bildirib ki, toyuna 400 min dollar xərclədiyi və 40 min dollarlıq “Love Story” çəkdirdiyi barədə yazılan xəbərlər əsassızdır. “Heç kim Bakıda 400 minlik toy etməz. Bu qədər pulu olan gedib başqa yerdə toy edər. Barəmdə yazılan xəbərlər yalandır. ”Love Story”ni reklam etmək şərti ilə Fuad İsmayılov pulsuz çəkib. Düzdür, biz Maldiv adalarına bal ayına getmişik. Şəkil çəkdirmişik. Əcəb etmişik. Heç kimə dəxli yoxdur”.
Toylarının Bakıda yerləşən “Böyük Saray” şadlıq evində olduğunu deyən Aysel bildirib ki, bütün xərcləri yoldaşı və onun ailəsi çəkib: “Atamın o qədər pulu yoxdur ki, getsin mənə elə bir toy etsin. Həmçinin ikinci toyum olduğu üçün mərasimi atam etməyib. Yoldaşımın birinci toyu olduğu üçün dedi ki, hər şeyi boynuma götürürəm və toyu özüm edəcəm. Mənim ailəm barədə yazılanların heç bir əsası yoxdur. Toyun keçirildiyi şadlıq evindən məlumat ala bilərsiniz. Həmin şadlıq evində nazir və digər imkanlı şəxslər övladlarına toy ediblər. Heç onlar toya iddia edilən məbləğdə pul xərcləməyiblər”.

Image result for Qüdrət Şükürov
Aysel Şükürova atası və özü barədə yayılan məlumatları keçmiş həyat yoldaşı Elşən Əsgərli ilə əlaqələndirib: “O yanır. İndiyə qədər yalnız fərziyyələr danışıb. Hazırda mənimlə bağlı yalan xəbərlər yayır. Oktay və mənim toyumla bağlı video yanvarın 21-dən ”Youtobe”dadır. Elşən yalan faktlar əsasında yazılan 400 min dollarlıq toy məsələsini məqsədli şəkildə ortaya atıb. Elşən mənim həyat yoldaşımdan boşanmağımı istəyir. Amma o, bunu görməyəcək”.


Keçmiş həyat yoldaşı Elşən Əsgərlinin “Əsgərlikdə olanda, Aysel gedib özünə oğlan tapıb” iddiasına da münasibət bildirən Aysel Şükürova eks-əri barədə dəhşətli faktların üstünü açıb: “Onun danışdıqları yalandır. Mən onunla Dövlət İqtisadiyyat Universitetində təhsil almışam. 2012-ci ildə ailə qurmuşam və heç 3 il evli qalmamışam. Ad günümdə məni vurdu. Elə həmin gün hər şeyə son qoydum. Atamgil onu evdən qovdular”.
Ayselin sözlərinə görə, Elşəndən əsgərlikdə olanda ayrılıb:
“O, əsgərlikdə olanda bir dəfə də zəng vurub necə olduğumu soruşmayıb. Mənimlə maraqlanmayıb. Nakotik istifadəçisidir. Hamilə olanda məni döyüb, əlimi kəsib. Bakıda yerləşən xəstəxanalardan birində qeydiyyatdayam. Əxlaqsız qadınlara pul xərcləyib və narkotik çəkirdi. Mən faktlarla danışıram. O, insanı araşdırsaz, görərsiz ki, narkoloji dispanserdə qeydiyyatdadır. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi iki dəfə onu tutub. Onun ölkədən çıxışına qadağa qoyulub. Çünki Ukraynada narkotik üstündə tutulub. Telefonunda çoxlu mesaj tutdum. İndi bilmir ki, aranı necə qızışdırsın”.
A.Şükürova keçmiş ərinin “Onun həyat yoldaşı ”Porche” sürür. Həmin maşını ona Ayselin atası, rüşvətxor məmur alıb” iddiasına da cavab verib: “Yalandır. Əksinə, biz Elşənə ”Porche” almışıq. Mənim həyat yoldaşım Oktay heç kimin hesabına yaşamayıb. Hər şeyi özü edib. Amma Elşən həmişə məndən pul alıb”. O, eks-əri barədə bir neçə faktın üstünü açıb. Ayselin sözlərinə görə, Elşən Səbayel Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin qarşısında onu və həyat yoldaşını videoya çəkdiyi üçün dava düşüb…
Aysel məsələnin hüquqi çərçivədə həll ediləcəyini bildirib: “Mənim barəmdə irəli sürülən iddialar və xəbərlər namus söhbətidir. Belə qalmayacaq”.
Qeyd edək ki, toy mərasimi yanvarın 21-də “Böyük Saray”da baş tutub Qüdrət Şükürovun qızı Aysel Şükürova Oktay adlı şəxslə nikah masasına oturub. Ötən gün isə cütlük barədə 400 min dollarlıq toy iddiası ölkə mediasının gündəmini zəbt edib. Qüdrət Şükürovun qızına etdiyi toy mərasiminin 400 min dollara başa gəlməsi, bu dəbdəbəli toy mərasiminin şəkillərinin, videolarının paylaşılmasından sonra sosial şəbəkələrdə geniş müzakirə olunub. Daha sonra keçmiş həyat yoldaşı Aysel Şükürova və onun atası Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov barədə qalmaqallı açıqlama verib. O bildirib ki, Qüdrət Şükürov büdcədən pul mənimsəmək üçün dəstə toplayıb lift oğurlayır.
Q.Şükürov da publika.az-a açıqlamasında bu iddiaları yalanlayıb. Deyib ki, haqqında yazılanların heç biri doğru deyil: “Mən toya çox xərc çəkməmişəm. O toya xərci oğlan evi çəkib. Məndə 400 min haradan idi? Bu barədə yazılanların hamısı boş söhbətlərdir. Bu məlumatları Elşən Əsgərli yayır. O, qələt edib, yalan danışır. O, narkoman və şərəfsiz adamdır. Onu hamı yaxşı tanıyır. Deyir ki, guya ”Porche” hədiyyə etmişəm və sairə. “Porche” olsaydı, elə özüm sürərdim də! Mənim heç bir maşınım da yoxdur. Hazırda gəzdiyim bir maşın var, onu da dövlət verib…”
Q.Şükürov MTN-nin sabiq idarə rəisi, hazırda məhkəməsi gedən Akif Çovdaovla qohumluq əlaqəsi barədə yayılan məlumatlara da cavab verib: “Akif Çovdarovla da heç bir qohumluq əlaqəm yoxdur. Ümumiyyətlə, biz bir-birimizi tanımırıq. Biz ayrı-ayrı yerlərdənik. İndi kimsə durub ağzına gələni danışır. Bizə şər atırlar. Artıq qızımgil həmin oğlanı məhkəməyə də veriblər”.
“Yeni Müsavat” isə ata-balanın toyla bağlı dedikləri məqamı araşdırmaq üçün onun keçirildiyi “Böyük Saray”dakı qiymətlərlə maraqlanıb. Şadlıq sarayından əməkdaşımıza bildirildi ki, burada 3 cür menyu var və onların da fərqli qiymətləri var. Adambaşına bir nəfərlik masanın minimal qiyməti 220 AZN-dən başlanır. Digər menyulara keçək: 250 AZN-lik və 300 AZN-lik.
Şadlıq saraylarındakı zallar böyük həcmli olduğu üçün ora 400 nəfərdən aşağı qonaq qəbul edilmir. “Böyük Saray”dan öyrəndik ki, qonaqlar daha çox 800 nəfərlik orta zalı tərcih edirlər. Amma ikinci mərtəbədə yerləşən 1620 nəfərlik zal da toy və iri mərasimlər üçün nəzərdə tutulub.
İndi gəlin elementar hesablama aparaq. Şadlıq sarayından bildirdilər ki, burada 400 nəfərdən az qonaq qəbul edilmir. Hesab edək ki, toya 400 nəfər çağırılıb və ən “ucuz” menyu olan 220 AZN-lik menyu seçilib. Bu, ev sahibinə 88.000 AZN-ə başa gəlir. Yox, əgər menyu 250 AZN-lik, qonaqların sayı isə 800 nəfərdirsə, bu, 200.000 AZN-lik xərc deməkdir. Ən maksimal həddi də hesablayaq. 300 manatlıq menyu və 1620 nəfər qonaq. Bu halda da toy sahibi şadlıq sarayına 486.000 AZN ödəməlidir. Yəni təxminən yarım milyona yaxın vəsait…
Daha bir məqam isə ondan ibarətdir ki, sözügedən qiymətlərə nə müğənni, nə də fotosessiya xərcləri daxildir. Yəni şadlıq sarayı qonaqlara və ev sahibinə ekstra hansısa xidmət təklif etmir. Bunun üçün toy sahibi əlavə pul ödəməlidir. Bu halda toyun 400 min dollara başa gəlməsi ilə bağlı deyilənlər də inandırıcıdır. Sıradan müğənnilərin belə fonoqramla yarım saat çıxış üçün 5000 AZN tələb etdiyini nəzərə alanda… bunun müğənni, gəlinlik, maşın, fotosessiya…və ağlınıza gələcək-gəlməyəcək minlərlə əlavə xərcini də hesaba qatıb, yazılanların fantaziya olmadığı qənaətinə vara bilərik.

Previous Post

Lift idarəsinin rəisi qızına etdiyi 400 minlik toydan danışdı…

Next Post

Ən bahalı mobil telefonlar – SİYAHI

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Ən bahalı mobil telefonlar - SİYAHI

Ən bahalı mobil telefonlar - SİYAHI

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.