Li Jae-myung Cənubi Koreyada prezident seçildi

🗓 04.06.2025 10:24 ✍️ "Elçi" qəzeti
Li Jae-myung Cənubi Koreyada prezident seçildi

Cənubi Koreyada keçmiş prezident Yun Suk Yeolun impiçmentindən sonra keçirilən seçkilərdə ana müxalifətdəki Demokratik Partiyasının (DP) namizədi Li Jae-Munq qalib gəlib.
Elchi.az xəbər verir ki, Milli Seçki Komissiyası görüşdən sonra Linin seçkidə qalib gəldiyini açıqlayıb. Rəsmi nəticələrə görə, Li 49,42 faiz, hakim Xalq Gücü Partiyasından (PPP) Kim Mun Su isə 41,15 faiz səs toplayıb.
Seçki prezidentin impiçmenti səbəbindən keçirildiyindən, yeni seçilmiş prezident Li keçid dövrü olmadan dərhal vəzifəsinin icrasına başlayıb.
Li prezident vəzifəsini icra edən baş nazirin müavini və təhsil naziri Li Ju-hodan baş komandan vəzifəsini də daxil olmaqla, prezident vəzifəsini qəbul edib.
Yerli vaxtla saat 11:00-da Milli Assambleyada yeni prezidentin andiçmə mərasimi keçiriləcək.

Şayəstə Hüseynova

Bənzər yazılar