"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Leyla Əliyeva “Euronews”a IDEA-nın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyəti haqqında danışıb

26 Dekabr 2025 - 22:56
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab vermək məqsədi ilə yaradılıb.

Bunu da oxuyun

FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib – FOTO

Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Elchi.az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Euronews”a müsahibəsində bildirib.

Telekanal IDEA-nın ekologiya, iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması sahəsində fəaliyyəti haqqında reportaj hazırlayıb.

“Əvvəldən başa düşürdük ki, ekologiya ayrı-ayrı növlərin xilası və ya iqlim dəyişikliyi ilə mübarizədən qat-qat artıqdır. Bu, həyat tərzimiz, mədəniyyətimiz və hər birimizin ətraf mühitə necə təsir etdiyimizlə bağlıdır. Bir çox ölkələr təəssüf ki, qorunan ərazilərini itirsə də, Azərbaycan onları genişləndirməkdə davam edir. Son illərdə iki yeni milli park açılıb, digərləri isə genişləndirilib.

Gələn il biz Qarabağ Milli Parkının açılışını gözləyirik və bundan sonra Azərbaycanda qorunan ərazilərin sahəsi ölkə ərazisinin təxminən 30 faizini təşkil edəcək. Bu gün bizim diqqətimizi yeni, aktual çağırışlara, xüsusən də Xəzər dənizindəki vəziyyətə – suyun səviyyəsinin aşağı düşməsinə, çirklənməyə və dəniz həyatı, o cümlədən Xəzər suitisi üçün artan təhlükəyə yönəldirik. Bu, heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi böhrandır. Biz birlikdə hərəkət etməli və Xəzəri ortaq milli sərvətimiz kimi dəyərləndirməliyik.

Mənə elə gəlir ki, biz indi elə bir məqama çatmışıq ki, ekologiya artıq söhbətdən deyil, fəaliyyətdən ibarətdir. Biz bu barədə kifayət qədər danışmışıq və bu, əlbəttə ki, vacibdir, lakin təbiətin artıq sözə ehtiyacı yoxdur – onun bizim hərəkətlərimizə ehtiyacı var. Əsas odur ki, optimist qalmaq və hər kəsin, hətta tək başına çox şey dəyişə biləcəyini başa düşməkdir. Birlikdə isə möcüzələr yarada bilərik”, – deyə Leyla Əliyeva qeyd edib.

Süjetdə Azərbaycanda ətraf mühitin mühafizəsi tədbirləri biomüxtəlifliyin qorunmasından çox kənara çıxdığı vurğulanıb. Milli institutlar və şirkətlər, xüsusən də IDEA ətraf mühitin mühafizəsi sahəsində həm quruda, həm də dənizdə işləyirlər. Bu işlərin ən bariz nəticələrindən birini ölkə ərazisində milli parkların genişləndirilməsi və mühafizəsində görmək olar.

“Euronews”a açıqlama verən Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəis müavini Arzu Babayeva deyib:

“Dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, ekoloji təzyiq kimi bir çox ekoloji problemlər mövcuddur. İndi hərəkət etmək vaxtıdır. Gördüyümüz iş özümüz üçün deyil, dünya, təbiət və gələcək nəsillər üçündür”.

O, ilk mühafizə zonasının 1910-cu ildə yaradıldığını, sonra isə belə ərazilərin şəbəkəsinin genişləndiyini qeyd edib: “Hazırda 12 milli parkımız, doqquz dövlət milli qoruğumuz və 24 dövlət təbiət qoruğumuz var. Bu ərazilərdə nəsli kəsilməkdə olan və nadir növlər, məsələn, imperator qartalı, dağ ceyranları, qonur ayılar, ağ quyruqlu qartallar və başqaları yaşayır”.

Sujetdə vurğulanıb ki, hökumət milli parkların yaradılması üzərində işləyərkən IDEA kimi yerli təşkilatların işi daha da təsir edicidir. Belə ki, təşkilat bizonların Azərbaycanın şimal bölgələrinə qaytarılmasına, həmçinin Azərbaycanın ən mühüm sərvəti olan Xəzər dənizinin qorunmasına kömək ediblər.

WWF-in Azərbaycan ofisinin direktoru Elşad Əsgərov telekanal açıqlamasında bildirib ki, Qafqaz bölgəsinin simvolu olan bizon çox qədim zamanlarda Azərbaycanda yaşayıb: “Biz layihəyə 2018-ci ildə başlamışıq və bu ərazi bizonun hələ də bərpa oluna biləcəyi nöqtələrdən biri kimi seçilib. Bundan sonra biz Avropa zooparklarında hələ də Qafqaz bizonu genlərinə malik heyvanlar tapdıq. Ona görə də biz bura yalnız Qafqaz dağ bizonu cinsinin genlərinə malik olan fərdləri gətirdik. Onlar indi vəhşi təbiətdə yaşayırlar. Yayda alp qurşağında, soyuq mövsümdə isə qışda meşəyə enərək qışı meşəlik ərazilərdə keçirirlər”.

Müəllif qeyd edib ki, IDEA Xəzər dənizində layihələr üzərində işləyərkən eyni yanaşmadan istifadə edib.

“Mikroplastik çirklənmə Xəzər dənizinin üzləşdiyi digər əsas problemlərdən biridir. Böyük miqdarda plastik çirklənmə digər ölkələrdən qaynaqlanır və cərəyanlarla Xəzər sahillərinə daşınır. Bu plastikin Xəzər sahilindən təmizlənməsi üçün IDEA-nın rəhbərliyi ilə bir sıra tədbirlər həyata keçirilir”, – deyə Coğrafiya İnstitutunun “Caspian Integrated Scientific Network” (CASPISNET)) proqramının koordinatoru Elnur Səfərov bildirib.

Materialda deyilir ki, bu ekoloji təhdidlər tərəfdaşlıq və məsuliyyətdən tutmuş planetin gələcəyinə qədər getdikcə daha geniş mövzuları gündəmə gətirir.

Previous Post

Tailand Kamboca ilə danışıqlar üçün tutduğu ərazidən imtina etməyəcək

Next Post

İranda 2025-ci ildə edamların sayı artıb

Bənzər yazılar

FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib – FOTO

FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib – FOTO

18 İyul 2026 - 16:54

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib. FHN-dən...

Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub

Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub

18 İyul 2026 - 16:00

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası çərçivəsində Özbəkistanda...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18 İyul 2026 - 14:00

İyulun 19-20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Elchi.az...

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

18 İyul 2026 - 12:46

Iyulun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat...

Next Post
İranda 2025-ci ildə edamların sayı artıb

İranda 2025-ci ildə edamların sayı artıb

“Axios”: Tramp və Zelenski Avropa liderləri ilə danışıqlardan sonra ABŞ-də görüşəcəklər

"Axios": Tramp və Zelenski Avropa liderləri ilə danışıqlardan sonra ABŞ-də görüşəcəklər

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salınıb

Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salınıb

18 İyul 2026 - 19:05
İranlı hərbi mənbə: ABŞ bu gecə hücum edərsə, Dubay və Əbu-Dabi aeroportları dərhal boşaldılmalıdır

İranlı hərbi mənbə: ABŞ bu gecə hücum edərsə, Dubay və Əbu-Dabi aeroportları dərhal boşaldılmalıdır

18 İyul 2026 - 18:51
Mamdani: Netanyahu Nyu-Yorka səfər edərsə, həbs olunmalıdır

Mamdani: Netanyahu Nyu-Yorka səfər edərsə, həbs olunmalıdır

18 İyul 2026 - 18:35
Türkiyədə meşə yanğınları başlayıb

Türkiyədə meşə yanğınları başlayıb

18 İyul 2026 - 17:56
“Neftçi”nin “Dinamo” ilə oyunlar üçün heyəti müəyyənləşib

“Neftçi”nin “Dinamo” ilə oyunlar üçün heyəti müəyyənləşib

18 İyul 2026 - 17:38
Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərlənib, 21-i uşaqdır

Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərlənib, 21-i uşaqdır

18 İyul 2026 - 17:20
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib

FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib

18 İyul 2026 - 17:09
FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib – FOTO

FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib – FOTO

18 İyul 2026 - 16:54
İran ABŞ-la İslamabad memorandumu çərçivəsində öhdəliklərinin icrasını dayandırıb

İran ABŞ-la İslamabad memorandumu çərçivəsində öhdəliklərinin icrasını dayandırıb

18 İyul 2026 - 16:37
Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edilib

Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edilib

18 İyul 2026 - 16:29
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub

Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub

18 İyul 2026 - 16:00
İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 50 nəfər ölüb, 500-dən çox yaralı var

İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 50 nəfər ölüb, 500-dən çox yaralı var

18 İyul 2026 - 15:48
DÇ-2026: Bürünc medal uğrunda İngiltərə–Fransa dueli

DÇ-2026: Bürünc medal uğrunda İngiltərə–Fransa dueli

18 İyul 2026 - 15:31
FT: Zelenski Ukrayna ordusunun Baş Komandanı Sırskinin istefasını nəzərdən keçirir

FT: Zelenski Ukrayna ordusunun Baş Komandanı Sırskinin istefasını nəzərdən keçirir

18 İyul 2026 - 15:12
Son həftədə Moskva istiqamətində 1892 dron hərəkət edib, 207-si şəhərə yaxınlaşarkən vurulub

Son həftədə Moskva istiqamətində 1892 dron hərəkət edib, 207-si şəhərə yaxınlaşarkən vurulub

18 İyul 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.