Elchi.az xəbər verir ki, 2023-cü il yanvarın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrandan olan həmkarı Hüseyn Əmir Abdullahyanla görüşəcək, Moskvada danışıqlar zamanı tərəflər JCPOA-nın bərpası prosesini, ikitərəfli və beynəlxalq gündəmdəki məsələləri müzakirə edəcəklər.
“İkitərəfli gündəliyin, …energetika, nəqliyyat və digər sənaye sahələrində ən mühüm birgə layihələrin həyata keçirilməsi kontekstində ticarət-iqtisadi komponentin müzakirəsi planlaşdırılır… Aİİ və İran arasında azad ticarət zonasına dair tam hüquqlu sazişin bağlanması üzrə danışıqlar prosesinin yekun mərhələsidir”, – Zaxarova bildirib.
Bundan əvvəl İsrailin yeni xarici işlər naziri Eli Koen bildirib ki, yanvarın 3-də rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı olub. Söhbət zamanı diplomatlar ikitərəfli münasibətləri müzakirə edib, regional məsələlər barədə də danışıblar.
Şayəstə