“Hazırda heç kim Ukraynanın dövlət müstəqilliyinin tanındığı prinsipləri xatırlamır”.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Ukraynanın müstəqilliyinin — həm bizim, həm də digərləri tərəfindən — tanındığı bütün o prinsiplər çoxdan zibil qutusuna atılıb”, — deyə Lavrov bildirib.
Diplomat daha əvvəl qeyd etmişdi ki, yerlərdəki reallıqlar nəzərə alınmadan Ukraynada nizamlanmaya nail olmaq mümkün deyil.
Yeganə





















