Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında görüş keçirib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Görüş zamanı diplomatlar qarşıdakı ikitərəfli təmasların cədvəlini müzakirə edib, həmçinin ikitərəfli ticari-iqtisadi əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər. Nazirlər enerji sahəsində ölkələr arasında birgə layihələrin həyata keçirilməsi imkanlarını da araşdırıblar.
Bundan əlavə, nazirlər ilk növbədə Qəzza zolağı, Suriya, bütövlükdə Yaxın Şərq və Qara bölgədəki vəziyyətlə bağlı kəskin regional problemlərə qarşılıqlı məqbul həll yollarının tapılması maraqları naminə ölkələrimizin addımlarını əlaqələndirmək zərurətini təsdiqləyiblər.
Qeyd edək ki, Lavrov daha əvvəl Rusiyanın Ukrayna ilə danışıqlara hazır olduğunu bildirmişdi. Bununla belə, o, Kiyev hakimiyyətinin saxlanmasını nəzərdə tutmadığını açıqlayıb.
Havar Şəfiyeva