Rusiya Xarici İşlər naziri Sergey Lavrov Diplomatik İşçi Günü münasibətilə keçirilən təntənəli iclasda çıxış edib. O, çıxışında bildirib ki, diplomatik xidmət Rusiya Federasiyasının milli suverenliyinin möhkəmləndirilməsi üçün əlindən gələni edəcək.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
“Qərb istiqamətində milli təhlükəsizliyə təhdidlərin etibarlı şəkildə dayandırılacağına şübhə ola bilməz. Rusiya ordusu və donanması bu çağırışı ləyaqətlə qarşıladı və diplomatik xidmətimiz xarici çağırışları neytrallaşdırmaq üçün lazım olan hər şeyi etməyə davam edir”.
Lavrov həmçinin vurğulayıb:
“Qərbin Rusiyanı “parçalamaq” zərurəti ilə bağlı bəyanatlarına baxmayaraq, ölkəmiz ayağa qalxacaq və güclənəcək”.
Yeganə