"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Lavrov Məmmədyarova Qarabağla bağlı nə deyib?

07 Mart 2017 - 10:03
in aktual-banner, Banner, Cebhe-banner
FacebookVatsap

Rusiya XİN başçısı ümidsiz danışdı: “İki-üç prinsipial məsələ var ki, biz hələ bunlarla bağlı ümumi mövqeyə gəlməkdən uzağıq”…

Bunu da oxuyun

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 6-da Moskvaya iki günlük səfər edib. Bu barədə yayılan məlumatda deyilir ki, onun Rusiya XİN rəhbəri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi nəzərdə tutulur.
Görüşün təşəbbüskarının hansı tərəf olduğu açıqlanmasa da, ümumi mənzərə təklifin Moskvadan gəldiyini deməyə imkan yaradır. Çünki Məmmədyarov son açıqlamalarında danışıqların indiki mərhələsi haqqında çox pessimist danışıb və nəticə gözləmədiyini deyib. Azərbaycan XİN başçısı danışıqlarda tərəf kimi iştirak edən erməni həmkarı Edvard Nalbəndyanın Qarabağa son səfərini nəzərə almaya bilməz. Separatçılarla bir araya gələn, ilin sonuna kimi bir ölkənin Dağlıq Qarabağın “müstəqilliyini” tanıyacağı barədə onlara vəd verən Nalbəndyanın bundan sonra E.Məmmədyarovla üz-üzə oturub Qarabağ tənzimlənməsi barədə danışması, sadəcə, absurd görünür.
Belə olan vəziyyətdə Azərbaycan və Rusiya XİN başçılarının bölgədə sülhü təmin etməkdən ötrü hansısa anlaşma əldə edəcəkləri də az ehtimal olunur. Düzdür, Ermənistan, sadəcə, forpost funksiyasını yerinə yetirir və Moskvanın əmrlərinə tabedir. Bu mənada şimal qonşumuz işğala son qoymağı tələb etsə, nəinki Qarabağdakı quldurların, İrəvan hakimiyyətinin də “kürkünə birə düşəcək”.

Image result for lavrov Məmmədyarov
Ancaq Moskvadan bu yanaşmanı gözləmək real deyil. E.Məmmədyarovla görüşən S.Lavrovun yanvar ayında səsləndirdiyi “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” açıqlaması mənzərəni təhlil etmək üçün kifayət edir. Elə Lavrovun bu açıqlamasından sonra Qarabağ separatçıları “referendum” keçirib qondarma qurumun “konstitusiyası”nı dəyişdilər. Hər halda, rəsmi Bakının mövqeyinin prinsipiallığını Moskvada da nəzər, alırlar. Azərbaycanın dövlət başçısı Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğunu deməklə həm də Moskvaya mesaj vermiş oldu. Üstəlik, son zamanlar cəbhədə baş verənlərin fonunda Rusiyanın prosesə yeni yanaşması mümkün görünə bilər.
Yayılan məlumata görə, Moskvada səfərdə olan Elmar Məmmədyarovla Rusiya xarici işlər naziri arasında danışıqlardan sonra nazirlər birgə mətbuat konfransı keçiriblər (TASS). Mətbuat konfransında nazirlərə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar predmeti olan sənəd barədə sual verilib. Bu suala birinci cavab verən Sergey Lavrov deyib ki, əvvəla o, Dağlıq Qarabağ münaqişəsinin nizamlana bilən münaqişə olduğuna inanır. Rusiya xarici işlər nazirinin sözlərinə görə, çoxillik təmaslar, danışıqlar nəticəsində işlənib hazırlanmış nizamlama modeli bunu deməyə əsas verir: “İndi isə bu nizamlama modelinin əsas məqamları barədə. Bura ilk növbədə təhlükəsizliyin təmin olunması, humanitar məsələlər, Dağlıq Qarabağ ətrafında yerləşən rayonların qaytarılması, Dağlıq Qarabağın yekun statusu kimi məsələlər daxildir – əlbəttə, Dağlıq Qarabağda yaşayan əhalinin mövqeyi nəzərə alınmaqla. Habelə beynəlxalq sülhməramlı əməliyyatların aparılması nizamlama modelinin məqamlarından biridir. Lakin iki-üç prinsipial məsələ var ki, biz hələ bunlarla bağlı ümumi mövqeyə gəlməkdən uzağıq. Onlar hələ müzakirə olunur, hansı ki, bugünkü (dünənki-red.) görüşümüzdə də biz bu məsələlər barədə detallı şəkildə danışdıq. Mən qeyri-səmimi görünmək istəmirəm, ona görə də açıq deməliyəm ki, həmin prinsipial məsələlər barədə tərəflər ortaq mövqeyə gəlməkdən uzaqdır. Bunlar əlavə danışıqlar, əlavə səylər tələb edir”. (mia)
Rusiya xarici işlər naziri əlavə edib ki, indiki situasiyada onlar münaqişəyə dair məzmunlu danışıqların aparılmasının vacibliyini nəzərə alır: “Xüsusən də bu danışıqlar təmas xəttində de-eskalasiya üçün vacibdir”. Lavrov tərəflər arasında qarşılıqlı etimad mühitinin olmaması haqda da danışıb, ötən il prezidentlər arasında Vyanada və Sankt-Peterburqda əldə olunmuş anlaşmalar əsasında qarşılıqlı etimad mühitinin formalaşdırılmasına çağırıb.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, Bakı münaqişəyə dair substansiv, yəni konkret məqamlar üzrə konkret məsələlərin müzakirə olunduğu danışıqlara tərəfdardır. Məmmədyarovun sözlərinə görə, danışıqlar dayananda toplar işə düşür, ona görə də danışıqların bərpası heç olmasa təmas xəttində hərbçilərin həlak olmasının qarşısını ala bilmək üçün lazımdır. Məmmədyarovun sözlərinə görə, Rusiya Qarabağ münaqişəsinin nizamlanması üçün çox ciddi səylər göstərir: “Və biz bu gün bunu detallı şəkildə müzakirə etdik. Rusiyanın səylərini Ermənistanda da eşidirlər, Azərbaycanda da, hansısa perspektivlər var”.
E. Məmmədyarov İrəvanın münaqişənin həlli üçün siyasi iradəsinin olmadığını vurğulayıb. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində başlıca şərt işğal altındakı Azərbaycan ərazilərinin geri qaytarılması və qoşunların çıxarılmasıdır.
Lavrov həmçinin deyib ki, “Azərbaycan Rusiya üçün mühüm strateji tərəfdaşdır”. Rusiya XİN başçısı bildirib ki, iki ölkə arasındakı münasibətlər dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır.
“XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, regional və beynəlxalq gündəmin əsas aspektlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri qismində 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynayır. Coğrafi yaxınlıq, xalqlarımızın ümumi tarixi nəzərə alınmaqla bizim üçün münaqişənin həlli böyük önəmə malikdir və ölkənin xarici siyasətinin prioritetlərinə daxildir”. Bu fikirlər isə Rusiya XİN-in yaydığı açıqlamanda əksini tapıb.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada rusiyalı həmkarı Sergey Lavrovla məhsuldar görüş keçirəcəyini zənn etmir: “Çünki Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyi Azərbaycanın lehinə dəyişməyib. Bunun əlaməti yoxdur, tam əks proses gedir. Ortada konkret açıqlamalar var. Rusiyanın xarici işlər naziri Sergey Lavrov hələ bir ay əvvəl demişdi ki, ”Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”. Onun “rayonların boşaldılması bölgənin status müzakirələri ilə paralel getməlidir” fikri də rəsmi İrəvanın mövqeyi ilə üst-üstə düşür. Bu açıqlamalar varkən, Lavrovun qəfil münaqişənin “mərhələli həll”inə üstünlük verəcəyi az ehtimal olunur”. Ekspert xatırlatdı ki, Elmar Məmmədyarovun özü də bu yaxınlarda Lavrovla görüşmüşdü və “bu görüşdən optimist ayrılmadım” açıqlamasını səsləndirmişdi: “Belədirsə, iki sual önəmlidir. birinci sual budur ki, Məmmədyarov Lavrovla son görüşdən optimist ayrılmayıbsa, nədə yenidən onun hüzuruna gedib? Görünür, rəsmi Bakı Moskvanın ”təşəbbüslərini” qəbul etməsə də, ən azı onları dinləmək məcburiyyətindədir. Birincisi, Lavrov erməni həmkarı ilə də tez-tez Moskvada görüşür. Məmmədyarov Lavrovla görüşdən imtina etsə, bu, Bakının Moskvaya meydan sulaması kimi qiymətləndirilər. Bakı isə Moskva ilə münasibətləri korlamaq istəmir. İkincisi, Minsk Qrupunun 3 həmsədrindən ancaq Rusiya fəaldır, o biriləri münaqişənin hazırkı vəziyyəti maraqlandırmır, Paris və Vaşinqton növbətçi açıqlamalarla kifayətlənirlər. Ona görə də Bakı Moskva ilə məsələləri müzakirə etmək məcburiyyətində qalıb.

İkinci sual budur ki, Lavrovun erməni və azərbaycanlı həmkarlarıyla tez-tez görüşməkdə məqsədi nədir? Məncə, bu heç də münaqişənin qısa müddətdə həlli ilə bağlı deyil”.

E.Şahinoğlunun qənaətincə, Kreml, sadəcə, İrəvan kimi aprel ayından qorxur: “İrəvan kimi Moskva da düşünür ki, Azərbaycan ordusu aprel ayında irimiqyaslı hücuma keçə bilər. Digər tərəfdən, aprel ayında Ermənistanda həyati əhəmiyyətli parlament seçkisi keçiriləcək. Apreldə savaş olarsa, bu, Ermənistandakı seçkini də qarışdıracaq. Moskva isə bunu istəmir. Ona görə də Kreml Məmmədyarov vasitəsilə rəsmi Bakıya xəbərdar etmək istəyir ki, aprel də daxil olmaqla, Azərbaycan ordusu atəşkəsə riayət etsin. Moskvanın bu istəyi bizim üçün tələdir. Moskva İrəvan kimi status-kvonu qorumağa çalışır. Bu isə bizim maraqlara ziddir. Bizim məqsədimiz nə yolla olursa-olsun status-kvonu dəyişməkdir. Əgər Moskvanın dediklərini icra etsək, onda gərək bundan sonra da uzun müddət Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə barışaq”.
Bu arada ATƏT-in Minsk Qrupunun həmsədrləri həftə ərzində Azərbaycana səfər edəcəklərini bəyan ediblər. APA-nın Moskva müxbirinə Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov bu barədə deyib. O, digər həmsədrlərlə bərabər bu həftə ərzində Azərbaycanda səfərdə olacaqlarını açıqlayıb. Səfər çərçivəsində həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur. Maraqlıdır ki, İ. Popov Ermənistana səfərlərinin başqa vaxta planlaşdırıldığını deyib.
Qarabağdakı son toqquşmalar həmsədrləri yenidən hərəkətə gətirib. Rusiyanın ardınca Fransa da aktiv rol oynamağa çalışır. Yaxın günlərdə Azərbaycan və Ermənistan prezidentləri də Parisə səfər edəcəklər. Ehtimal olunan budur ki, Azərbaycanın apreldə düşmənə zərbə endirə biləcəyi barədə xəbərlər həmsədrləri də narahat edib və onlar Ermənistanın apreldə rahat seçkilər keçirməsi üçün şərait yaratmağa çalışırlar. Ancaq burada günahkar Ermənistandır, bunu rusiyalı ekspert də təsdiqləyib.
“Fevralın əvvəlində təmas xəttində yaşanan hadisələrdə Ermənistanın 2016-cı ilin aprel müharibəsindən sonra qisas almaq hissi böyük rol oynayıb” (report). Rusiya Federasiyasının Prezidenti yanında vətəndaş cəmiyyəti və insan hüquqlarının inkişafı Şurasının üzvü, politoloq Maksim Şevçenko belə deyib. “Fevralda təmas xəttində gərginliyin artmasında günahkar ilk növbədə, Ermənistandır və onlar bunu praktiki olaraq inkar etmirlər”, – deyə, o əlavə edib.

Previous Post

Lavrov Məmmədyarova Qarabağla bağlı nə deyib?

Next Post

Müxalifət 18 martda keçirəcəyi toplantıya hazırlaşır

Bənzər yazılar

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

27 Aprel 2026 - 15:59

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun...

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

17 Mart 2026 - 20:13

İsrail Müdafiə Ordusu Tehranda "Bəsic" bölmələrinə zərbələr endirdiyini elan edib. Elchi.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sosial...

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 900 nəfəri ötüb

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 900 nəfəri ötüb

17 Mart 2026 - 19:58

Bu günə qədər İsrail Müdafiə Ordusunun hücumları nəticəsində Livanda ölənlərin sayı 912 nəfərə çatıb. Elchi.az "Al Jazeera"ya istinadən xəbər verir...

Next Post

Müxalifət 18 martda keçirəcəyi toplantıya hazırlaşır

Müxalifət 18 martda keçirəcəyi toplantıya hazırlaşır

Son xəbərlər

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.