Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Rusiya prezidenti Vladimir Putinin adından Rusiya nümayəndə heyətini təmsil edəcəyi G20 sammitində iştirak etmək üçün Nyu-Dehliyə gəlib.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Nazirin sentyabrın 9-da “Bir Planet” sessiyasında, sentyabrın 10-da isə “Bir Gələcək” mövzusunda çıxışı gözlənilir. Bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.
Qeyd edək ki, G20 ölkələrinin liderləri sentyabrın 9-10-da Yeni Dehlidə bir araya gələcəklər. Sammitə G20 ölkələrindən əlavə daha doqquz dövlətin nümayəndələri dəvət olunub: Banqladeş, Misir, İspaniya, Mavrikiy, Nigeriya, Hollandiya, BƏƏ, Oman və Sinqapur.
Yeganə