Dünyada hələ də müstəmləkəçilik altında olan 17 ərazi var. Elchi.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, bu praktikaya son qoyulmalıdır.
“Birgə səylərimizlə biz BMT-də Sovet diplomatiyasının başladığı müstəmləkəsizləşdirmə işini başa çatdırmağı təklif edirik, çünki hələ də müstəmləkə asılılığında olan 17 ərazi var ki, ölkələr onların tələblərinə baxmayaraq, azad etmək niyyətində deyillər. BMT-nin müvafiq qətnamələri,” – vurğulayıb.
Qeyd edək ki, Lavrov daha əvvəl BMT Təhlükəsizlik Şurasında veto hüququndan imtinanı tənqid edib. Onun fikrincə, bu hüququn rədd edilməsi Təhlükəsizlik Şurasını yararsız bir struktura çevirəcək.
Havar Şəfiyeva