Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfərə gedib.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, onu aparan təyyarə Pekinin “Şoudu” hava limanına enib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir müddət əvvəl Lavrovun Pekində Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlar aparacağını bildirmişdi.
Onun sözlərinə görə, nazirlər həmçinin Ukrayna və Asiya-Sakit okean regionunda vəziyyəti, ikitərəfli əməkdaşlıq və beynəlxalq arenada qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər.
Nazirin səfəri aprelin 8-9-da davam edəcək. Lavrov sonuncu dəfə 2023-cü ildə Pekinə səfər edib. Oktyabr ayında orada üçüncü beynəlxalq “Bir kəmər, bir yol” konfransı keçirildi.
Yeganə