Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla görüşəcək.
Elchi.az xəbər verir ki, rusiyalı nazir iyunun 8-də Ermənistana işgüzar səfər edəcək.
İyunun 9-da o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla təkbətək və geniş tərkibdə görüşəcək. Görüşdən sonra iki ölkənin xarici işlər nazirləri mətbuat konfransı keçirəcəklər.