Həm neft, yanacaq, həm də sənaye sahəsində böyük işlər görürük. Rusiyanın enerji operatorları fəal şəkildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə qoşulmağa hazırdır.
Elchi.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla fevralın 28-də Bakıda keçirdiyi birgə mətbuat konfransında məlumat verib.
“Biz ötən il Ceyhun Bayramovla iki dəfə görüşmüşük. Müzakirələrdə Cənubi Qafqazda sülh quruculuğu ilə bağlı bir çox məsələləri də müzakirə etmişik”, – deyən Rusiyanın xarici işlər naziri azərbaycanlı həmkarını Rusiyaya səfərə dəvət edib.
Əliyev Japarovu COP29-a dəvət etdi
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib. Elchi.az xəbər verir ki, bu barədə dövlət başçısı qırğızıstanlı...