ABŞ prezidenti postunu tutan şəxsin hansı partiya mənsubiyyətindən asılı olmayaraq, Vaşinqton və hakim elitanın nümayəndələri istənilən halda Rusiyaya geosiyasi rəqib kimi baxır və baxacaqlar. Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov “O Globo” qəzetinə müsahibəsində bildirib.
“Rusiyaya ABŞ-ın hakim elitası, partiya mənsubiyyətindən asılı olmayaraq, rəqib və təhdid kimi baxır. Keçmiş prezident Ağ Evdə işlədiyi dörd il ərzində Rusiya-Amerika münasibətlərini yaxşılaşdırmaq üçün heç bir iş görmədi”, – deyə paylaşan nazir qeyd edib ki, Moskva istənilən qanuni seçilmiş liderlə işləməyə hazır olacaq.
Havar Şəfiyeva