"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Larisa Məmmədovanın atası: “Daha ANS-ə baxmıram, xalqı təhqir etdilər”

27 Yanvar 2016 - 10:13
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

 
Larisanın atası: “Tək qızımı yox, xalqı təhqir ediblər!”
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid olan azyaşlılardan biri, 13 yaşlı Larisa Məmmədovanın atası Fərman Məmmədov son günlər şəhid övladının adı ətrafında dolaşan müzakirələr haqda “Cümhuriyət” qəzetinə müsahibə verib. 26 il əvvəl qanlı yanvar şahidi olmuş, bədəninin müxtəlif nahiyələrindən güllə yarası almış Fərman Məmmədov həmin illərə bir daha qayıdıb.
-Fərman bəy, öncə özünüzdən danışasınız, olarmı?!
-Mən Məmmədov Fərman Hüseyn oğlu 1951-ci ildə Şəki rayonunun Qardaş kəndində anadan olmuşam. İlk orta təhsilimi də Şəki şəhərində almışam. Sonra Bakıya gəlmişəm. Burada ali təhsil aldıqdan sonra əsgərliyə getmişəm. Rusiyada ailə qurdum, işlədim. Artıq Bakıya geri qayıdada qızım vardı.
-Azadlıq hərəkatına nə vaxt qoşulmusunuz?
-Artıq bu hadisələr, Sumqayıt hadisələri 1988-ci ildən başladı bildiyimiz kimi. Hələ o vaxtdan qığılcımlar var idi. Nəhayət bu qığılcımlar 1990-cı il 20 yanvar hadisələrində alovlandı. O vaxtdan mən bu hadisələrin içərisindəyəm.
-20 Yanvar faciəsi zamanı bildiyimiz qədər siz hadisələrin mərkəzində olmusunuz. Orada həmin vaxt nələr baş verdi? Siz nələrin şahidi oldunuz həmin gecə?
-Bilirsiniz, o vaxtlar mətbuatda, mediada haqqımda məlumatlar yayıldı ki, mən sürücü olmuşam o vaxtlar. Amma o vaxt bugünkü kimi texnologiya, mətbuat o qədər də dolğun deyildi. Mən çıxıb heç yerdə deyə bilmədim ki, məlumatların hansı yanlışdır, hansı dolğundur. Xalqın meydanlara çıxmasının səbəbi məhz Sovet rejiminin cinayətkar əməlinə qarşı etiraz etmək idi, xalq azadlıq tələb edirdi. Meydanlarda tonqallar qalanmışdı, xalqımız müstəqillik tələb edirdi. Həmin vaxt komendant saatı elan edilməmişdi. Bəlkə elan edilsəydi, insanlar evdən bayıra çıxmazdı, bu qədər itki olmazdı. Həmin vaxt mən “Avtodəstənin rəisi” idim. Tabeçiliyimdə işçilər vardı, bir neçə marşrut xətti üzrə -114, 65, 57 nömrəli avtobuslara cavabdehlik daşıyırdım. Həmçinin o vaxt tapşırıq vermişdik ki, aksiyaya gəlib-gedən insanlara xidmət etmək üçün pul alınmasın. Pulsuz xidmət göstərilsin. Onların maaşlarını da verirdik ki, yolpulu yığmasınlar. Biz mexaniklə birlikdə avtobusları yoxlayırdıq, sabaha hazır edirdik ki, sabah görək nə tapşırıq gələcək, xalqa xidmət edək.
-Bəs necə oldu ki, həmin gecə Larisanı da özünüzlə apardınız?
-Həmin ərəfədə bütün hər kəs meydanlarda idi. Qızımın da həmin vaxt 13 yaşı vardı. Qızımın sinif yoldaşları hər gün gəlib Larisaya deyirdilər ki, meydanda idik, meydanda belə hadisələr oldu. O da hər gün mənə yalvarırdı ki, ata məni də apar. Qorxumdan apara bilmirdim. Bilsəydim ki, belə olacaq aparmazdım. Həmin gecə ağladı ki, ata mən bayrağa baxmaq istəyirəm məni də apar, mən də onu özümlə apardım şəhərə.
-O gecə hadisələr necə başladı?
-Larisayla gəldik indiki Prezident Adminstrasiyasının qarşısına. Orada böyük izdiham, mitinq var idi. Mən sürücülərin ən axırıncısını gözləyib, onu dayanacağa təhvil vermək üçün sonuncu avtobusla gedirdim dayanacağa. Qaraj indiki Nərimanov rayonundakı İnqilab küçəsində yerləşirdi. Uşağı da öz yanımda gətirdim. Avtobusa oturduq. Hamı danışırdı ki, əvvəlki “Leytenant Şmit” adına (Səttərxan adına) zavodu tərəfdən rus əsgərləri zavoda girirlər, oraları dağıdırlar. Mikrofonla xalqa səsləndilər ki, ruslar zavodu dağıdır kömək lazımdır. Bu xalq mərd xalqdır. Əliyalın olsalar da, hər kəs bir nəfər kimi avtobuslara mindilər ki, gedək zavodu müdafiə edək. Mən də Larisayla avtobusdaydım. Biz dayanacağa getməliydik. Sürücüm nə qədər təkid etsə də ki, biz getməyək ora, heç kimə rəhm etmirlər, hər kəsə atəş açırlar. Maşına minən mitinq iştirakçıları təkid etdilər ki, biz oraya qardaş-bacılarımızı müdafiə etməyə getməliyik. Saat təxminən, gecə 11-12 arası olardı. Mən “Gənclik” metrostansiyasının yanında avtobusu saxlatdım ki, düşün aşağı, burda hamımızı öldürəcəklər. Avtobusdakılar ayağa qalxdılar ki, yox sürəcəksən oraya. Avtobus elə “Leytenant Şmit”ə yaxınlaşırdı ki, orada olan rus əsgərlər ağacların arasından başladılar avtobusu atəşə tutmağa. Maşının təkəri partladığı üçün avtobusu çıxara bilmədik. Mənim sürücüm də elə ordaca şəhid oldu. Sonra əsgərlər avtobusa daxil olub sağ qalanların başına avtomatın qundağı ilə zərbələr endirirdilər. Məni də avtobusdan düşürdülər. Özümü itirmişdim. Gördüm Larisa hərəkətsiz elə oturacaqda oturub. Nə qədər çırpınsam da gördüm ki, ayağımdan güllə yarası almışam. Bizi düşürdülər avtobusdan yerə. Avtobus qana boyanmışdı. Hər kəs yerə uzanmışdı, yaralananlar, ölənlər, hər yer qan. Gördüm ki, iki əsgər Larisanı qucaqlarında apardılar. Qışqırdım ki, faşistlər hara aparırsınız uşağı, sən demə, qızım artıq dünyasın dəyişibmiş.
Sonra bizi 1 saylı klinik xəstəxanaya yerləşdirdilər. Özümdə deyildim. Hiss edirdim ki, hərə bir tərəfdə qışqırır. Hər yer qandır. Həkimlər tez ağrıkəsicilər vurub bizi sakitləşdirirdilər. Gözüm Larisanı axtarırdı. Xeyli müddət sonra ayıldım, özümə gələndə dedilər ki, Larisa ölüb.
-Fərman bəy bildiyimiz kimi, Vahid Mustafayev tərəfindən “Qanlı Yanvar” filmi lentə alınıb. Həmin filmlə bağlı nə deyə bilərsiniz?
-Bilirsiniz, filmi çəkərkən gərək o acıları görmüş, yaşamış, o hadisələrin canlı şahidi olan insanlardan gərək soruşaydılar, maraqlanaydılar ki, hadisə necə olub? Film çəkilən ərəfədə, ondan sonra da mənə zəng edib deməyiblər ki, bu hadisə necə baş verib, başınıza nə iş gəlib, meydanda nələr baş verib, biz sənin qızının da yer aldığı film çəkirik. Mənim icazəmi də, almayıblar. Filmdə çəkiblər ki, camaatda silah olub. Elə silahlar olsaydı, biz də atardıq o qansızlara, qırardıq onları. Heç kimdə silah olmayıb. Hətta polislərin də silahları alınmışdı həmin ərəfədə. O ki qaldı mənim qızımla bağlı olan kadrlara. Mənim qızım 13 yaşlı uşaq olub, əlindən tutub məktəbə aparırdım, məktəbdən gətirirdim. Orda götürüb ağıllarına gələni çəkiblər. Görəsən, azərbaycanlı qanı varmı, o filmi çəkənlərdə? İnsan gərək yaltaq olmasın, mərd olsun. Azərbaycan xalqı mərd xalqdır. Ruslara yaltaqlanmaq, millətimizi rusların ayağına vermək nəyə lazım idi? O filmdə tək mənim qızım deyil, bütün Azərbaycan xalqı təhqir edilib, 20 yanvar şəhidləri təhqir edilib. Deyirlər ki, o film xaricdə nümayiş etdirilib, mükafat alıb. Xaricdəkilər nə bilirlər ki, burada nə baş verib? Yalan çəksən də baxacaqlar, doğru çəksən də. Onlara biz doğrunu çəkib göstərməliyik ki, həqiqət necə olub. Həqiqətin gözünün içinə dik baxa bilməyən insanlar elə bizim ən böyük düşmənimizdir.
-Siz bu filmlə bağlı hansısa bir quruma, orqana, yaxud məhkəməyə müraciət etmisinizmi? Məhkəməyə müraciət etmək fikriniz varmı?
-Mən bununla bağlı Prezident Adminstrasiyasına müraciət etdim. Mənə rəsmi cavab da gəlmədi. Dolayısı ilə dedilər ki, boşuna özünüzü yormayın. Nə də mənim maddi imkanım yoxdur ki, gedəm məhkəməyə verəm, vəkil tutam. Amma çox istəyərdim ki, müraciət edim. Onlar bu yalana qarşı, həqarətə görə xalqa cavab verməlidir. Hərçənd mənə deyirlər ki, müraciət et məhkəməyə. Təzminat al, filan. Amma mənə bir qara qəpik də təzminat lazım deyil. Heç onlardan gələn bir qara qəpiyə də əlimi toxundurmaram. Sadəcə olaraq, haqqımızın, hüququmuzun bərqərar olunması üçün, xalqımızı təhqir etdiyi üçün qanun qarşısında cavab verməklərini istəyirəm. O günlərdən indiyə kimi çox ağır vəziyyətdə yaşamış insanam. Biz incidik Vahid Mustafayevdən də, ANS telekanlından da. ANS telekanalı Vahid Mustafayevin rəhbərliyi ilə yayımladığı heç bir verilişə, o telekanala biz daha baxmırıq.
-Şəhid ailələrinə, 20 yanvar əlillərinə bu gün hansı imtiyazlar verilib, hansı qayğı və diqqət göstərilir sizə?
-Əvvəl imtiyazlar var idi. Metrodan, ictimai nəqliyyat vasitələrindən 20 yanvar şəhidlərinə, əlillərə imtiyazlar var idi. Lakin bu gün həmin imtiyazlar ləğv edilib. Mən özüm 20 yanvar cəmiyyətinin təsisçilərindənəm. İndi pensiya alıram. Bu gün isə vəziyyət çox çətindir. Bilirik ki, manatın məzənnəsi enib. Bazarda hər şeyin qiyməti qalxıb. Ölkə başçısı da pensiyaları 10% artırdı. Pensiyamız 10 manat artdı. Amma o qədər bahalıqdır ki, indi o bizim qayğılarımızı ödəmir. Yenə də çox sağ olsunlar. O olmasa, daha da pis olar vəziyyətimiz.
Mən o vaxt ev növbəsinə də yazılmışdım. Bu gün gedirəm Sosial Müdafiə Nazirliyinə oradan mənə deyirlər ki, sənin adın ev növbəsində yoxdur. Səbail rayon İcra Hakimiyyətində adım ev siyahısında var, amma nazirlikdə yoxdur. İndi oğlumla yaşayıram. 4 nəvəm var. 10 adamıq bir evdə yaşayırıq. Belə olmur axı. Heç olmasa adımı siyahıya yazsınlar.
-Qızınız Larisa haqqında başqa filmlər çəkilibmi?
-Yox, heç bir film çəkilməyib. Xəbərim yoxdur. Əgər çəkilibsə də, məlumatım yoxdur.
Qızım rəhmətə getdikdən sonra bütün millət hamısı gəldi bizə, onu dəfn elədik, mərasimdə canla-başla hər kəs iştirak etdi. Görkəmli ədibimiz Bəxtiyar Vahabzadə də Larisa haqqında “13 yaşlı körpə bala” şeirini yazıb. Xalqımızın qarşısında da baş əyirəm, o mərdliyin qarşısında baş əyirəm.

– See more at: http://www.cebhe.info/oxu/11599/#sthash.Vrd4FhYV.dpuf

Previous Post

Larisa Məmmədovanın atası: “Daha ANS-ə baxmıram, xalqı təhqir etdilər”

Next Post

Əhməd Əhmədzadənin ətrafında Quliyevlər kabusu

Bənzər yazılar

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

27 Oktyabr 2026 - 23:42

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq....

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum...

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini çağırıb və sentyabrın 14-də Braşovda törədilmiş təxribatla əlaqədar ona qəti etirazını bildirib. Elchi.az...

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02

Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb. Elchi.az  xəbər verir ki, ​Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna təyin olunan Əli...

Next Post

Əhməd Əhmədzadənin ətrafında Quliyevlər kabusu

Əhməd Əhmədzadənin ətrafında Quliyevlər kabusu

Son xəbərlər

İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

28 Oktyabr 2026 - 18:22
Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

28 Oktyabr 2026 - 18:18
Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

28 Oktyabr 2026 - 18:11
“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

28 Oktyabr 2026 - 17:59
İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

28 Oktyabr 2026 - 17:47
İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

28 Oktyabr 2026 - 17:35
Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

28 Oktyabr 2026 - 17:28
Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

28 Oktyabr 2026 - 17:16

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09
Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

28 Oktyabr 2026 - 17:00
Azərbaycanda “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır

Azərbaycanda “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır

28 Oktyabr 2026 - 16:52
Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yeri yaradılacaq

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yeri yaradılacaq

28 Oktyabr 2026 - 16:44
Maliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

Maliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

28 Oktyabr 2026 - 16:36
“Qarabağ” azarkeşlərinə görə 6000 manat ziyana düşdü

“Qarabağ” azarkeşlərinə görə 6000 manat ziyana düşdü

28 Oktyabr 2026 - 16:29
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb

Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb

28 Oktyabr 2026 - 16:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.