"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Lapşin məsələsi yekunlaşır – bu gün Azərbaycana verilir

06 Fevral 2017 - 09:22
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Lapşin məsələsi yekunlaşır - bu gün Azərbaycana verilir Belarus Ali Məhkəməsinin bloggerlə bağlı son qərar çıxaracağı gözlənilir; ekspertlər Moskvanın bu məsələdə təkidinin arxasında dayanan məkrli məqsəddən danışdılar…

 
Azərbaycan qanunlarını kobud şəkildə pozaraq dəfələrlə işğal altındakı Dağlıq Qarabağa getdiyi və separatçı rejimi açıq şəkildə təbliğ elədiyi üçün barəsində cinayət işi açılan, Minskdə həbs edilən və Azərbaycana ekstradisiya qərarı çıxarılan blogger Aleksandr Lapşinin ekstradisiya qərarının ləğvi üçün apelyasiya şikayətinə Belarus Ali Məhkəməsi bu gün – fevralın 6-da baxmalıdır. 
Prosedura görə, qərar bu gün, ya da uzağı, 3 gün ərzində verilə bilər. Ancaq Lukaşenkonun ekstradisiyanı  tezləşdirməkdə maraqlı olması söyləməyə əsas verir ki, hökm daha iki gün ləngiməyəcək.
A.Lapşinin üçlü vətəndaşlığa malik olması (İsrail, Rusiya, Ukrayna) onunla bağlı məsələnin məntiqi sonluğa çatmasını müəyyən mənada yubadır. Xüsusilə Rusiya bu məsələdə hay-küy salıb. Moskva Lapşinin Azərbaycana verilməməsi üçün Belarusa çağırış və təzyiq edir.
Rusiya xarici işlər naziri Sergey Lavrovun ardınca Rusiyanın ombudsmanı Tatyana Moskalkova bənzər bəyanatla çıxış edərək, Lapşinin ekstradisiyası əleyhinə olduğunu söyləyib. Onun sözlərinə görə, Rusiya Konstitusiyası ölkə vətəndaşının üçüncü dövlətə verilməsini qadağan edir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə məsələ ilə bağlı daha sərt mövqe sərgiləyib, faktiki surətdə Minski hədələyib. 
Image result for Zaxarova
Lakin Rusiya rəsmiləri nədənsə unudurlar ki, Belarusda Rusiyanın deyil, Belarusun konstitusiyası qüvvədədir. Həmin konstitusiya isə beynəlxalq qanunları belə pozan A.Lapşinin Azərbaycana təhvil verilməsini tamamilə mümkün sayır. Hərçənd o da artıq etiraf edilməlidir ki, məsələ indi həm də siyasiləşib. Yəni, yekun qərar eyni zamanda rəsmi Minskin, özəlliklə də prezident Aleksandr Lukaşenkonun iradəsindən asılı vəziyyətə gəlib.
Ehtimal edilir ki, Moskvadan Bakıya da Lapşin məsələsində geri çəkilmək üçün təzyiqlər başlana bilər. Odur ki, bu məsələdə Bakı ilə Moskvanın da münasibətlərində gərginlik yaranacağı istisna deyil. Ekspertlərin fikrincə, Lapşin məsələsinin Azərbaycanın istədiyi kimi sonuclanması Minskin nə dərəcədə iradə göstərməsi ilə yanaşı, Bakının da Moskva qarşısında necə davranmasından xeyli dərəcədə asılıdır. Belarus prezidenti Aleksandr Lukaşenkonun hüquqa əsaslanan və Azərbaycandan yana açıqlama verdiyi bəllidir. Moskva isə təzyiqlərini şübhəsiz ki, davam etdirir.
Image result for Lapşin
Belə əziyyətdə Ali Məhkəmə də Lapşinin şikayətini rədd edəcəkmi? Lapşin məsələsi Moskva ilə Bakı arasında gərginlik yarada bilərmi? İsrailin Rusiya qədər hay-küy salmadığı müşahidə olunur. Nədən Rusiya bu məsələdə israr edir?
Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Moskva Lapşinlə bağlı məsələyə siyasi müstəvidən və imperiya ambisiyaları çərçivəsindən yanaşır. Digər tərəfdən, Kreml Lapşinin ekstradisiyasının presedent yarada biləcəyindən narahatdır.
Ona görə Lapşinin Azərbaycana verilməməsində təkid edir: “Kimsəyə sirr deyil ki, erməni işğalı altında olan Azərbaycan torpaqlarına ən çox səfər edən Rusiya vətəndaşlarıdır. Bu günədək Rusiya ilə münasibətlərimizdə problem yaranmasın deyə, baş verənləri görməzdən gəlmişik. Lapşinlə bağlı məsələ isə sırf hüquqi presedent yaratdığı üçün oxşar faktlarla bağlı siyasi manipulyasiya etmək çətin olacaq. Məsələnin Rusiyanı qıcıqlandıran başqa bir tərəfi ekstradisiya qərarının bu ölkə ilə eyni ittifaqda olan Belarus tərəfindən verilməsidir. Moskva bu fakta özünün nüfuz dairəsində saydığı bir coğrafiyada reputasiyasına vurulan zərbə kimi yanaşır. Lukaşenko üçün də bu məsələ həm Azərbaycanla münasibətlərin inkişafı, həm bir lider kimi öz məninin növbəti dəfə təsdiqi, həm də Rusiyaya boyun əymədiyini nümayiş etdirmək üçün çox vacibdir. Lukaşenko xarakter adamıdır və geri çəkilməyəcək. Putin MDB məkanındakı xarizmatik liderləri əzmək istəyir. Bunu görməmək mümkün deyil. Bu baxımdan geriyə yol olmadığını düşünürəm”.
Politoloqun fikrincə, Belarus Ali Məhkəməsi də Minsk məhkəməsinin Lapşinlə bağlı qərarını qüvvədə saxlayacaq. Lapşin Azərbaycana veriləcək: “Bunun başqa alternativi yoxdur”.
Image result for Elçin Mirzəbəyli
Lapşin məsələsində İsrailin Rusiya qədər israrlı olmamasının səbəbinə gəlincə, E.Mirzəbəyli söylədi ki, bu, Tel-Əvivin baş verənlərin mahiyyətini başa düşməsi, Azərbaycanla bağlı münasibətlərə verilən önəm və regionda baş verəcək proseslərlə əlaqədar geniş təsəvvürlərə malik olması ilə bağlıdır: “Biz indi çox önəmli bir mərhələyə qədəm qoyuruq. MDB məkanında mərkəzdənqaçma prosesləri sürətlənəcək. Çünki Rusiyanın artıq bu prosesləri tam nəzarətdə saxlamaq imkanı yoxdur. Bunu MDB məkanında da, daha geniş miqyasda da hiss edirlər”.
Image result for Elşən Mustafayev
AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev isə bildirdi ki, Rusiyanın Lapşinin həbsindən sonra hay-küy qaldırması, Belarusa təzyiqlər etməsi Qarabağ konfliktində tərəf olduğunu bir daha ortaya qoydu: “Lavrovun məlum bəyanatından qısa müddət sonra növbəti dəfə Azərbaycanın müstəqilliyinə,  qanunlarına olunan növbəti hörmətsizliyin şahidi oluruq. Lapşin məsələsi sıradan bir məsələ deyil. Azərbaycanın razılığı olmadan Qarabağda yüzlərlə insan olub. Amma onların hamısının haqqında axtarış elan olunmayıb. Əksəriyyəti yalnız ”qara siyahı”ya salınıb. Lapşin isə qanunsuz  səfərindən sonra konkret olaraq qondarma respublikanı  müstəqil dövlət kimi təbliğ edib, terrorçulara haqq qazandırıb, bununla da Azərbaycanın milli təhlükəsizliyinə qarşı fəaliyyətdə olub. Ortada bu faktların olmasına görə də məhz Belarus onun saxlayıb və  ekstradisiya olunmasına qərar verib. Bir neçə gün öncə Lukaşenko keçirtdiyi böyük mətbuat konfransında rusiyalı jurnalistin bu məsələ barəsində verdiyi  suala  faktlarla, əsaslandırılmış cavab verdi. Bu cavabdan o məlum oldu ki, Belarus Ali Məhkəməsinin ekstradisiya qərarını qüvvədə saxlayacağı gözlənilir. Bu arada Lapşinin özünün və anasının əfv olunma xahişi ilə Azərbaycana müraciət etməsi də onu göstərir ki, məsələ qapanıb.
Əgər əfv olunacaqsa belə, bu, Azərbaycanda ola bilər. İsrail tərəfi də bu məsələ ilə maraqlanıb. Görünür ortada olan faktlar o qədər əsaslıdır ki, Belarus hökumətindən heç-bir şey tələb etməyiblər. Hələ ki, Rusiya yalnız Belarusla bu barədə danışıqlar apardığını təsdiqləyib. Eyni zamanda ola bilsin ki, Bakı ilə də qeyri-rəsmi təmasları olub və yaxud olacaq. Ola bilsin Moskva Lapşin Bakıya ekstradisiya edildikdən sonra təzyiqlərə başlasın. Hesab edirəm ki, istənilən halda Moskvanın bu hüquqi məsələyə müdaxiləsinə yol verilməməlidir”.
Ekspertin sözlərinə görə, Rusiya bilir ki, bu presedent gələcəkdə Azərbaycanın işğal olunmuş rayonlarına qanunsuz səfər etmək istəyənləri qorxudacaq, ora olan marağı azaldacaq, işğalçı separatçı rejimin rəhbərlərinin mövqelərini zəiflədəcək, əhalisini ruh düşkünlüyünə gətirəcək, o cümlədən Serj Sarkisyan hakimiyyətini də daxildən zərbələr altında qoyacaq, Azərbaycan tərəfinin isə mənəvi üstünlüyünə gətirəcək: “Rusiya status-kvonun dəyişməsini istəmədiyi kimi, mənəvi üstünlüyün də dəyişilməsini istəmir”.
Previous Post

Lapşin məsələsi yekunlaşır – bu gün Azərbaycana verilir

Next Post

Dərmanlar sürətlə bahalaşır

Bənzər yazılar

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26

Avropa Seysmoloji Komissiyasının (ESC) 40-cı Baş Assambleyası çərçivəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib. Bu barədə Elchi.az...

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

11 Sentyabr 2026 - 23:22

Sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra "Şərq-Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki işi ehtiyat tədbiri...

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

11 Sentyabr 2026 - 23:20

Rusiyanın Arxangelsk vilayətinin Xolmoqor rayonunda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 12 nəfər ölüb. Bu barədə Elchi.az  "İzvestiya"ya istinadən xəbər verir....

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

11 Sentyabr 2026 - 21:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib.E "Haber Global"a istinadən xəbər verir ki, bu barədə...

Next Post

Dərmanlar sürətlə bahalaşır

Dərmanlar sürətlə bahalaşır

Son xəbərlər

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb

Azəbaycan neftinin qiyməti 120 dolları ötüb

12 Sentyabr 2026 - 11:21
Bakı-Qazax yolunda “Mercedes Vito” “Kamaz”a çırpıldı, ölən var

Bakı-Qazax yolunda “Mercedes Vito” “Kamaz”a çırpıldı, ölən var

12 Sentyabr 2026 - 11:05
Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

12 Sentyabr 2026 - 10:54
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada təlim keçirib – FOTO-VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada təlim keçirib – FOTO-VİDEO

12 Sentyabr 2026 - 10:30
Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

12 Sentyabr 2026 - 10:20
Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

12 Sentyabr 2026 - 10:17
Nyu-York birjasında təbii qazın qiyməti azalıb

Nyu-York birjasında təbii qazın qiyməti azalıb

12 Sentyabr 2026 - 10:04
Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26
Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

11 Sentyabr 2026 - 23:24
Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

11 Sentyabr 2026 - 23:22
Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

11 Sentyabr 2026 - 23:20
Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

11 Sentyabr 2026 - 21:42
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb

11 Sentyabr 2026 - 21:39
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

11 Sentyabr 2026 - 21:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.