"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Laçının işğalına səbəb olan xəyanət

18 May 2016 - 10:29
in MANŞET, MARAQLI, MÖVQE
FacebookVatsap

 

Bunu da oxuyun

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Milli Məclisin iclası başlayıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

arif pasha

Keçmiş alay komandirindən şok açıqlamalar

Azərbaycanın qədim tarixi ərazisi olan Laçın rayonunun Ermənistan tərəfindən işğalından 24 il keçdi. 1992-ci il mayın 18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 Laçın  sakini öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi olub.

Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb.

1992-ci il mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutublar.

1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçının mərkəzini də işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub.

Laçının işğalı Azərbaycanın çox böyük strateji ərazini itirməsi, Dağlıq Qarabağdakı separatçı rejimin Ermənistanla quru yolunu əldə etməsi demək idi.

1992-ci ilin 30 aprelinədək Laçın alayının komandiri olmuş Arif Paşa “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 1992-ci ilin aprelin 30-dək ermənilərin  işğal məqsədilə etdiyi bütün hücumlarının qarşısı alınırdı. 1992-ci il 30 apreldə müdafiə naziri Rəhim Qazıyev Laçın alayının  yeni göndərilmiş briqadaya tabe edilməsi üçün 0151 nömrəli əmr imzalamışdı. Əmrin şapka hissəsində alayın briqadaya birləşdirilməsi, icra hissəsində isə yazılıb ki, alay ləğv edilsin.

Əsas kimi isə Laçına şəxsi heyətinin sayı 120 nəfər olan bir briqadanın göndərilməsi göstərilirdi: “Baş Qərargahın hazırladığı bu sənəd çox böyük bir xəyanətə hazırlıq idi. Nazirin qarşısına sənəd qoyulub və nazir də ancaq şapka hissəsini oxuyub imza atıb. Buna görə nazirlə aramızda böyük ziddiyyət yaranmışdı. Sonradan anlamışdıq ki, Rəhim Qazıyevi də aldadıblarmış və bu işin içində çox böyük bir oyun olub. Baş Qərargah rəisi Şahin Musayev idi. 120 nəfərdən ibarət briqada ilə Laçının müdafiə olunmasının mümkünsüzlüyü bəlli idi. Briqadanın komandiri isə Elbrus Orucov idi.

Onun qısa müddətdə cəmi 120 nəfərlə uğurlu döyüş əməliyyatları, müdafiə sistemi qurması mümkün deyildi. Laçın rayonu Ermənistan və Dağlıq Qarabağ rejimi ilə 240 kilometrlik təmas xəttində idi. 120 insanla 240 kilometrlik təmas xəttində düşmənin hücumunun qarşısını ala bilmək fiziki baxımdan mümkün deyildi. Laçın alayı ləğv olundu və məndən tələb olundu ki, mayın 6-dək alayın bütün silah-sursatını təhvil verim. Alayın ləğv olunması faktiki olaraq Laçının müdafiəsiz qalması demək idi. 65 minə yaxın əhali cəmi 120 nəfərlik bir briqadanın ümidinə qalırdı. Ona görə də mən alayın ləğvinə və silahların alınmasına etiraz eləmişdim. AXC hakimiyyəti dəyişdikdən sonra mənim bu etirazımı bir komandir kimi Müdafiə Nazirliyinin əmrinə tabe olmamağım kimi tövsif edib məni həbs etdilər. Laçın alayının ləğvindən cəmi 18 gün sonra Laçının işğal olunması mənim o dövrkü etirazımın haqlı olduğunu sübuta yetirmişdi”.

Arif Paşa: “Geri qayıdanda gördüm ki, minaları bir-biri ilə əlaqələndirən naqillər kəsilib; qəfildən məlum oldu ki, bizim tankların və BTR-lərin motorlarına qum tökülüb”

Keçmiş komandir daha sonra dedi ki, Laçın alayının döyüşçülərinin böyük əksəriyyəti rayonda olub. Onlar rayonun bütün relyefinə bələd idilər, onların ailələri,  ev-eşikləri Laçında idi. Bu insanlar Laçını qoruyurdu və nəyin bahasına olur-olsun qorumaqda maraqlı idilər.

Onları qəfildən tərk-silah edib Laçın boyda rayonun taleyini 120 nəfərlik ərazini tanımayan kiçik bir dəstənin ümidinə buraxmaq Laçına, Azərbaycana xəyanət idi: “Biz çox güclü müdafiə planlarını qurmuşduq, döyüşə də mən rəhbərlik eləməli idim. Alayın ləğvi və mənim də komandirlikdən uzaqlaşdırılmağım bu müdafiə və döyüş əməliyyatlarının yerinə yetirilməsinin qarşısını aldı. Alayı ləğv eləməklə Laçının işğalına şərait yaratmış oldular. Mən alayın ləğvinə etiraz etmək üçün qısamüddətli Bakıya gəlmişdim, geri qayıdanda gördüm ki, bizim minaladığımız ərazilərdə minaları bir-biri ilə əlaqələndirən naqillər bir metrdən bir kəsilib. Biz hazırlaşmışdıq ki, 15 mayda Ermənistanın Gorus rayonunun arxasına keçib böyük bir ərazini ələ keçirək və həmin ərazi ilə ermənilər tərəfindən yenicə işğal olunmuş Şuşanın dəyişdirilməsi tələbini qoyaq. Qəfildən məlum oldu ki, bizim tankların və BTR-lərin motorlarına qum tökülüb. Bax bu cür təxribatlar var idi və bütün bu təxribatlar Laçının işğalına hesablanmışdı.

Laçın rayonu Rusiyanın iradəsi ilə ermənilər tərəfindən işğal edilib. Rusiyanın iradəsini Azərbaycanda yerinə yetirən qüvvələr var idi. Həmin qüvvələr Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə yox, Rusiyanın istəklərini yerinə yetirməyə xidmət edirdilər.

Həmin dövrdə Azərbaycanın yeni yaranmaqda olan ordusunun daxilindəki Rusiyanın iradəsini ifadə eləyən zabitlər olmasaydı, ola bilsin ki, Qarabağ savaşının nəticələri bir qədər başqa şəkildə ola bilərdi”.

A.Paşa onu da xatırlatdı ki, Laçın rayonunun Kəlbəcər istiqamətində olan kəndlərinin əksəriyyəti bir müddət keçdikdən sonra azad olunmuşdu. Artıq Laçın dəhlizinin bağlanması istiqamətində də əməliyyatlar başlanmışdı. Azərbaycan Silahlı Qüvvələrinin bir hissəsi Qubadlı istiqamətindən, bir hissəsi isə Kəlbəcər istiqamətindən zərbələr endirməklə Laçında birləşməli idilər. 

Bu planının yerinə yetirilməsinə çox az qalmış bir zamanda yenə Rusiyanın iradəsi ortalığa gəlib: “İrəli gedən ordumuz çox müəmmalı səbəblərdən geri çağırıldı, müəmmalı hadisələr baş verdi, qəhrəman döyüşçümüz Əliyar Əliyev müəmmalı bir şəkildə şəhid oldu. Bununla da proseslər yenidən ermənilərin xeyrinə getməyə başladı, Laçın dəhlizi bağlanmadı və Ermənistan qoşunlarının əlində qaldı. Təəssüflər olsun ki, bu il aprelin əvvəllərində də uğurlu döyüş əməliyyatları keçirib irəliləyən və bütün torpaqlarımızı azad eləmək ərəfəsindəykən, ordumuz yenə də Rusiyanın iradəsi ilə dayandırıldı”.

Previous Post

Laçının işğalına səbəb olan xəyanət

Next Post

Con Kirbi: “ABŞ TAP-ın tikintisinə başlanılmasını alqışlayır”

Bənzər yazılar

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

03 Noyabr 2026 - 12:11

Nyu-York ştatının şimalındakı kənd yerində bir uşaq qızılcadan vəfat edib. Elchi.az-ın məlumatına görə, rəsmilər bazar ertəsi "Associated Press" agentliyinə bildiriblər...

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

03 Noyabr 2026 - 11:05

Milli Məclisin növbəti iclası başlayıb. Elchi.az xəbər verir ki, iclasının gündəliyinə 10 məsələ daxil edilib.

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59

Fransa Milli Tələbə İttifaqı (Unef) ölkədə noyabrın 3-ü və 5-də etiraz aksiyalarının keçirilməsinə çağırış edib. Elchi.az xəbər verir ki, bu...

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

02 Noyabr 2026 - 16:00

Oleşkidəki humanitar əməliyyat bölgəyə yardımın çatdırılmasına və 800-ə yaxın insanın təxliyəsinə imkan yaradıb. Elchi.az xəbər verir ki, ABŞ-ın birinci xanımı...

Next Post

Con Kirbi: “ABŞ TAP-ın tikintisinə başlanılmasını alqışlayır”

Con Kirbi: “ABŞ TAP-ın tikintisinə başlanılmasını alqışlayır”

Son xəbərlər

AÇG-də sərbəst qaz layihəsi çərçivəsində neft hasilatına başlanılıb

AÇG-də sərbəst qaz layihəsi çərçivəsində neft hasilatına başlanılıb

04 Noyabr 2026 - 12:28
AÇG-dən dövlətə ötürülən səmt qazının həcmi azalıb

AÇG-dən dövlətə ötürülən səmt qazının həcmi azalıb

04 Noyabr 2026 - 12:17
İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

04 Noyabr 2026 - 12:08
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb

DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb

04 Noyabr 2026 - 11:57
Sahil Babayev: Rayonların dotasiyadan asılılığı tam aradan qalxıb

Sahil Babayev: Rayonların dotasiyadan asılılığı tam aradan qalxıb

04 Noyabr 2026 - 11:46
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib – FOTO

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib – FOTO

04 Noyabr 2026 - 11:35
Gələn il qeyri-neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi son 20 ilin ən yüksək səviyyəsinə çatacaq

Gələn il qeyri-neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi son 20 ilin ən yüksək səviyyəsinə çatacaq

04 Noyabr 2026 - 11:27
İrandan ABŞ seçki nəticələrinə ilk reaksiya

İrandan ABŞ seçki nəticələrinə ilk reaksiya

04 Noyabr 2026 - 11:12
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü

Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü

04 Noyabr 2026 - 11:00
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur

Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur

04 Noyabr 2026 - 10:51
UEFA Çempionlar Liqası: “Sabah” bu gün səfərdə “Vikinq”lə qarşılaşacaq

UEFA Çempionlar Liqası: “Sabah” bu gün səfərdə “Vikinq”lə qarşılaşacaq

04 Noyabr 2026 - 10:43
Cənubi Afrikada seçkilər: 29,2 milyon seçici bu gün səsverməyə gedir

Cənubi Afrikada seçkilər: 29,2 milyon seçici bu gün səsverməyə gedir

04 Noyabr 2026 - 10:38
Tayvan: Çin hərbi təyyarələri ada ətrafında 22 uçuş həyata keçirib

Tayvan: Çin hərbi təyyarələri ada ətrafında 22 uçuş həyata keçirib

04 Noyabr 2026 - 10:24
Tramp İranla bağlı qərarını müdafiə edir

Tramp İranla bağlı qərarını müdafiə edir

04 Noyabr 2026 - 10:16
2026-cı il ABŞ aralıq seçkilərində tarixi yeniliklər

2026-cı il ABŞ aralıq seçkilərində tarixi yeniliklər

04 Noyabr 2026 - 10:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.