Laçında 842 kq çətənə bitkisi məhv edilib.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Ərdəşəvi, Vağazin və Piçənis kəndlərinin ərazisində çətənə bitkiləri aşkar edilib.
Yabanı halda bitən, ümumi çəkisi 842 kiloqram olan 2 019 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib
Yakutiyada məktəblərdən birinin şagirdi terror aktı təşkil etmək istəyib, bundan əvvəl o, təhsil müəssisəsinin binasında yanğın təşkil etmişdi. Elchi.az TASS-a...




















Son şərhlər