"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Laçın təhsilində müdhiş korrupsiya – İTTİHAMLAR

03 İyun 2016 - 10:08
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Laçın təhsilində müdhiş korrupsiya

Malik Vəliyevin saxta diplomlu müəllimləri işə götürdüyü, külli miqdarda dövlət vəsaitlərini taladığı iddia olunur

Laçın təhsil şöbəsinin müdiri Malik Vəliyevin Regional Təhsil İdarəsinə müdir təyinatı alması rayonda ciddi narazılığa səbəb olub. Məlumat verən rayon sakinləri bildiriblər ki, onun Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd Təhsil Şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsinə müdir təyin edilməsi Prezidentin korrupsiyaya qarşı mübarizə sahəsindəki siyasətinə tam ziddir.

Şikayətçilər bunu konkret faktlarla isbat etməyə hazır olduqlarını da bildirirlər. Onlar deyirlər ki, Təhsil nazirinin müavini Ceyhun Bayramov Laçın Təhsil şöbəsinin müdiri Malik Vəliyevin qeyri-qanuni əməllərinə göz yumub. «Laçın Təhsil Şöbəsində hər ayın axırı məktəb direktorlarından hesab yığılır. Şagirdlərin sayı 100-dən az olan məktəb direktorları 500 manat, çox olanlar isə 1000-1500 manat verməlidirlər. Təhsil şöbəsinin müdri Malik Vəliyev elə bir sağlam korrupsiya şəbəkəsi yaradıb ki, təhsil şöbəsindən çıxmasına baxmayaraq yenədə aylıq hesabı yığlır. Direktorlar M.Vəliyevin aylıq qoyduğu məbləği düzəltmək üçün məcbur qalıb fəaliyyəti olmayan elmi dərnəklərdəki dərs saatları, sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ-gələ saxta sənədlər düzəldərək fərdi dərs saatları yazmaqla və s. hesabına qoyulan pulu düzəldirlər».

Şikayətçilər bildirirlər ki, evdə təhsilə cəlb edilmiş şagirdlər yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilsə, 90%-nin sağlam və yüngül fiziki qüsurlu olduğu və məktəbdə dərs məşğlələrində iştrak etdikləri aşkar olar. «Hər il dövlət büdcəsindən Laçın rayon təhsilinə ayrılan 100 min manatlarla vəsaiti M.Vəliyev Laçın rayon maliyyə şöbəsi ilə əlbir olaraq müxtəlif adlar altında talan ediblər. İnventarların satın alınmasına , yumşaq inventarların satın alınmasına, məktəbli paltarlarının alınmasına,Təhsil sahəsini əhatə edən ümumi təmir işlərinə,dəftərxana ləvazimatlarının alınmasına, avadanlıqların satın alınmasına və digər xərclər üçün ayrılmış vəsaiti müxtəlif MMC- lərin adına sənədləşdirərək mənimsəyiblər. Araşdırılma aparılsa bu vəsaitin heç 10%-i təyinatı üzrə xərclənməyib».

Daha sonra qeyd edilir: «Laçın rayon ümumtəhsil məktəblərində işləyən müəllimlərin yaşayış yeri və əsas iş yeri haqqında maliyyə nazirliyi araşdırma aparsa, aylıq 250-350 manat əmək haqqı adlarına yazldığı və faktiki olaraq işləməyən 50-dən çox müəllimin olduğu aşkar olar. Bu müəllimlər özəl müəssələrdə çalışır, sadəcə, pedaqoji iş stajı olsun deyə adlarına dövlət vəsaitinin yazılıb mənimsənilməsinə razı olurlar. M.Vəliyev Təhsil Şöbəsindəki vakant dövlət qulluğu vəzifələrini Prezident yanında dövlət qulluğu məsələləri üzrə komisiyadan gizlədərək, müsabiqəyə verməyib. Müsabiqədə keçid balı toplaya bilməyən 4-5 namizədin hər birindən 5000 manat rüşvət alaraq təhsil şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin edib. Diplomu saxta olan müəllimlərdən hər tədris ilində 800 manat rüşvət alaraq müəllim işləmələrinə şərait yaradıb. LRTŞ-də 100-dən çox diplomu saxta olan müəllim var. Diplomu olmayan, düzgün yazıb-oxumağı bacarmayan şəxslərdən 2000 manat rüşvət alaraq hərbi biletlə hərbi-hazırlıq müəllimi götrüb».

Məktubda vurğulanır ki, hər il Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə boş (vakant) yerləri verməyib və müsabiqədə uğur qazanmayan namizədlərə 2500-3000 manat rüşvət alaraq satıb. «Ümumtəhsil məktəblərindəki bütün texniki ştatları direktorlar vasitəsi ilə hər birin 500 manat rüşvət alaraq satıb. Təhsil haqqında Qüvvədə olan normativ hüquqi aktların tələblərini pozaraq, ümumtəhsil məktəblərində sinif komplektləri normadan artıq saxlanılmış və hər il məktəb direktorlarına 2-3 uşağın adına şəbəkə tutdurub, sinif komplektlərini 1000 manat rüşvət alaraq satıb. Təhsil haqqında qanunları pozaraq yeni işə düzəlmiş müəllimləri 3 il tamam olmadan kənar məktəblərdən mərkəzələrə 1500 manat rüşvət alaraq yerdəyişmə edib».

Şikayətçilər qeyd edirlər ki, Cənab Prezidentin müvafiq sərəncamına əsasən yaşı 65-dən yuxarı olan müəllimlər zərurət olmadığı halda birmənalı şəkildə işdən azad edilməlidirlər. «Lakin M. Vəliyev heç bir zərurət olmadığı təqdirdə həmin ixtisas müəllimlərindən 500-1000 manat rüşvət alaraq 1 (bir) illik müqavilə ilə müəllim işlədir. M. Vəliyev saxta diplomları olan şəxslərdən külli-miqdarda rüşvət alaraq çox asan yollarla əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir, sonradan qeyri-qanuni olaraq həmin şəxslərə dərs tədris etdirir və hətta bununla kifayətlənməyərək bu şəxsləri direktor, direktor müavini vəzifələrinə təyin edib. Laçın rayon təhsil şöbəsində araşdırılma aparılsa 100-dən çox belə korrupsiya faktları və ciddi qanun pozuntularına yol verildiyi aşkar olar».

Şikayətçilər iddia edirlər ki, Malik Vəliyevin bu qədər arxayançılığının səbəbi güvəndiyi məmurlardır.Belə ki, onu Sumqayıtın icra başçısı Zakir Fərəcov və Salyının icra başçısı Sevindik Hətəmovun himayə etdiyi deyilir. «Bundan başqa o, Təhsil Nazirliyində əlbir olduğu şəxsə yüksək məbləğdə rüşvət verərək izi itirmək məqsədi ilə yeni yaradılmış Tərtər regional təhsil idarəsinə müdir təyin olunmağı bacarıb».

Previous Post

Laçın təhsilində müdhiş korrupsiya – İTTİHAMLAR

Next Post

Gülnarənin qatili cinayətin detallarını danışdı – ŞOK TƏFƏRRÜAT

Bənzər yazılar

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi Zəfərin qalibi və...

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

24 Sentyabr 2026 - 21:09

Fransanın məşhur aktrisası, müğənnisi və yazıçısı Marina Vladi 88 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Fransa mediası...

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

24 Sentyabr 2026 - 20:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla F-35 qırıcıları ilə bağlı müzakirələri davam etdirir. Elchi.az xəbər verir ki,...

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

24 Sentyabr 2026 - 20:04

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər. Elchi.az -ın məlumatına görə, kişilərdən ibarət...

Next Post

Gülnarənin qatili cinayətin detallarını danışdı - ŞOK TƏFƏRRÜAT

Gülnarənin qatili cinayətin detallarını danışdı - ŞOK TƏFƏRRÜAT

Son xəbərlər

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22
Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

24 Sentyabr 2026 - 21:09
Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

24 Sentyabr 2026 - 21:06
ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

24 Sentyabr 2026 - 21:03
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

24 Sentyabr 2026 - 20:58
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

24 Sentyabr 2026 - 20:04
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

24 Sentyabr 2026 - 20:02
Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

24 Sentyabr 2026 - 19:59
“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 - 19:57
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

24 Sentyabr 2026 - 19:54
Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

24 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

24 Sentyabr 2026 - 19:14
Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

24 Sentyabr 2026 - 19:03
“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

24 Sentyabr 2026 - 18:51
Sabirabadda baş verən qəzada ölən və yaralanan var

Sabirabadda baş verən qəzada ölən və yaralanan var

24 Sentyabr 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.